Eldar Namazov Prezident Aparatından qovulan bu tərçüməçidən bəhs edib FOTOLAR
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən digər maraqlı məlumatlar da açıqlayıb.
Modern.az xəbər verir ki, Eldar Namazov “Yeni Azərbaycan” TV-yə müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında bir sıra icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.
“Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi”,- deyən Eldar Namazov həmin tərcüməçinin adını çəkməyib.
“Yeni Sabah”ın məlumatına görə, Eldar Namazov Prezident Aparatından uzaqlaşdırlan tərçüməçi deyəndə Rauf Hüseynovu nəzərə tutub. O, uzun illər Heydər Əliyevin tərcüməçisi olub.
Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır.
Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları – 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib.
Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib.
Rauf Hüseynov Prezident Heydər Əliyev 1997-ci ildə ABŞ-a çoxgünlük səfəri edən də də onun yanında olub.
O, həmin səfər zamanı Heydər Əliyevin ABŞ prezidenti Bill Klintonla görüşündə tərcüməçilik etmişdi.
2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tətcüməçisi vəzifəsindən uzaqlaşdırlması və itib-batması çoxlarında suallar doğurmuşdu. Həmin suallara uzun illər sonra Eldar Namazovun açıqlaması ilə aydınlıq gətirildi...


A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 19 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















