Icma.az
close
up
RU
Elə bilirik ki, kreditlə aldığımız telefon, geyim və ya başqa bir əşya bizi xoşbəxt edəcək Psixoloq

Elə bilirik ki, kreditlə aldığımız telefon, geyim və ya başqa bir əşya bizi xoşbəxt edəcək Psixoloq

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son zamanlar bir çox insanda belə bir vərdiş formalaşıb: pul kifayət etməyəndə, kredit götürməkdən çəkinmirlər. Sanki düşünürlər ki, “alım, sonra qaytararam, nəsə yoluna düşər”. Amma bu məsələ yalnız maliyyə ilə bağlı deyil, bu, eyni zamanda psixoloji bir problemdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov kredit götürməyin insanlarda yaratdığı asılılıqdan danışarkən bildirdi.

"İnsan daxilində boşluq hiss edəndə, nəsə alaraq bir anlıq özünü yaxşı hiss edir. Elə bilirik ki, yeni telefon, geyim və ya başqa bir əşya bizi xoşbəxt edəcək. Amma bu xoşbəxtlik uzun sürmür. Çünki problem əslində pulda deyil, hisslərdədir. Əgər bir anlıq dayanıb özümüzü müşahidə etsək, çox vaxt aldığımız şeylərin əslində bizə elə də ciddi ehtiyac olmadığını görə bilərik. Bu vəziyyətdən çıxmaq üçün ilk növbədə insan özü ilə dürüst olmağı bacarmalıdır. Hər dəfə nəsə almaq istəyəndə düşünmək lazımdır: bu, doğrudan ehtiyacdır, yoxsa kiməsə nəsə göstərmək, sübut etmək istəyirəm? Tələsik qərar vermək əvəzinə bir az gözləmək də faydalı ola bilər. Əgər həqiqətən ehtiyac varsa, sabah da onu almaq istəyəcəksən. Bəzən isə alış-veriş sadəcə daxili bir narahatlığın nəticəsi olur, yəni bunu sakitləşmək üçün edirik. Lakin bu, müvəqqəti rahatlıqdır. Əsl rahatlıq isə öz hisslərini idarə edə bilməkdədir".

Psixoloq qeyd etdi ki, “hamıda var, mən niyə geri qalım?” düşüncəsi insanı tez-tez borca salır.

"Halbuki hər kəsin həyat tərzi, imkanı, məqsədi fərqlidir. Bu səbəbdən özümüzü başqaları ilə müqayisə etmək əvəzinə, real vəziyyətimizi dəyərləndirməliyik. Unutmamalıyıq ki, kredit müftə, havadan gələn pul deyil. Onun arxasında böyük bir məsuliyyət dayanır. Kredit götürdükdə, yalnız borcu deyil, onun üzərinə əlavə olunan faizləri də qaytarmaq məcburiyyətindəsən. Bu isə əlavə vaxt, enerji və zəhmət tələb edir. Maddi azadlıq yalnız gəlirinin artması ilə deyil, həm də alış-veriş vərdişlərini və psixoloji ehtiyaclarını başa düşməklə mümkündür", - deyə Nizami Orucov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri