Icma.az
close
up
RU
Elə bu dəqiqə almaq üçün ən yaxşı 6 yeni maşın

Elə bu dəqiqə almaq üçün ən yaxşı 6 yeni maşın

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni ildə avtomobil istehsalçıları bəzi modellərin qiymətlərini 20 faizdən çox artırmağı planlaşdırır. 

News24.az xarici mediaya istinadla bahalaşmağa başlamazdan əvvəl indi almağa dəyəcək 2024-cü il avtomobillərinin siyahısını təqdim edir.

Cadillac CT5 

2025-ci ildə qiymət artımı: 23 faiz

Cadillac CT5-i çətin ki, "ucuz" adlandırmaq olar. Bununla belə, ekspertlərin fikrincə, bir çox qabaqcıl innovativ xüsusiyyətlər təklif etdiyi üçün puluna dəyər. Bu, xüsusilə sürücülük təhlükəsizliyinə aiddir.

Toyota GR Supra 

2025-ci ildə qiymət artımı - 20 faiz

Mütəxəssislər bu avtomobili məşhur Porsche Cayman ilə müqayisə edirlər, lakin Toyota GR Supra daha ucuzdur. Ümumilikdə ekspertlər avtomobilin təcrübəli sürücü üçün ideal seçim olduğuna inanırlar.

MINI Cooper 

2025-ci ildə qiymət artımı - 12 faiz 

MINI-lər bir vaxtlar büdcələri az olanlar arasında populyar idi, lakin son illərdə qiymətlər sürətlə yüksəlir. Yaxın gələcəkdə ekspertlər məşhur avtomobilin qiymətinin daha da artacağını proqnozlaşdırırlar.

Chevrolet Equinox 

2025-ci ildə qiymət artımı - 11 faiz

GOBankingRates yazır: "Ədalətli qiymət axtaran alıcılar "Chevrolet"in əksər rəqiblərindən daha aşağı qiymətə malik 2024 modelini nəzərdən keçirməlidirlər".

Xatırladaq ki, "Equinox Chevrolet"in 2004-cü ildə təqdim etdiyi orta ölçülü krossoverdir. Ötən il şirkət bu avtomobilin dördüncü nəslinin istehsalına başlayıb.

Infiniti QX80 

2025-ci ildə qiymət artımı - 11 faiz

Infiniti QX Yaponiyanın Infiniti şirkətinin lüks yolsuzluq avtomobilləri ailəsidir. 2013-cü ildən QX56 modeli Infiniti QX80 adlanır. Mütəxəssislərin fikrincə, avtomobil yüksək funksionallıq və belə bir avtomobil alarkən alacağınızı gözlədiyiniz sürücülük həzzini özündə birləşdirir. //lent.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Fevral 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri