Elə riskə getdi ki, faciənin qarşısını aldı Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Yevlax–Bərdə avtomobil yolunun kənarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində avtomobil yanıb.
“Qafqazinfo”nun məlumatına görə, minik avtomobili yanacaq dolduran zaman qəfil alışıb.
Hadisəni kənardan görən bir nəfər təhlükənin ciddi olduğunu görüb dərhal müdaxilə edib. Belə ki, o, yanan maşını öz avtomobili ilə vuraraq yanacaq pompalarından uzaqlaşdırıb. Həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Təhlükənin qarşısını alan Cavid Atakişiyev bildirib ki, etdiyi hərəkət risqli olsa da, o an yalnız daha böyük faciənin qarşısını almaq barədə düşünüb:
“Oturub çay içirdim, birdən partlayış oldu. Gördüm ki, maşını alov tutub, yandığı üçün yaxınlaşmaq olmurdu. Ağlıma gəldi ki, öz maşınımın arxası ilə vurub onu oradan çıxarım ki, məntəqəyə ziyan dəyməsin. Sonunu düşünən əvvəldən hərəkət edə bilməz. Anidən qərar verib bu addımı atdım. Buradakı çoxsaylı insanları düşünərək bunu etdim”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 26 Avqust 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















