Icma.az
close
up
RU
Ələkbər əmi nin doğum günüdür

Ələkbər əmi nin doğum günüdür

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi, "Ələkbər əmi" kimi tanınmış aktyor Ələkbər Hüseynovun doğum günüdür.

Oxu.Az xatırladır ki, o, 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" əsərində "Qurban", H.X.Andersenin "Bülbül" nağılında "Nağılçı" və "Çin imperatoru", N.Bədəlovun "Qara rəngin nağılı"nda "Aydın", R.Əlizadənin "Tıq-tıq xanım"ında "Dirijor", "Qoca" və "Müğənni", A.Ostrovskinin "Qar qız"ında "Lel", R.Əlizadənin "Keçəlin toyu"nda "Keçəl" rollarını oynayıb.

Ə.Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində də tamaşaya hazırlanıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2007-ci ildə Polşanın "Təbəssüm Ordeni" mükafatına layiq görülüb.

Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, o, teleaparıcı Şərqiyyə Hüseynovanın xalası oğlu idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see476

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see299

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see266

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see236

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see234

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see233

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see188

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see186

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see180

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see175

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see169

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see168

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see163

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see162

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see161

DÇ 2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz üzə gələcək

10 İyul 2026 12:08see159

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see158

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see148

Mbappe Fransa tarixində ilkə imza atdı 100 cü qol töhfəsi

10 İyul 2026 03:55see148

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri