Icma.az
close
up
RU
Elektroenergetika və bərpaolunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib AZƏRTAC

Elektroenergetika və bərpaolunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 yanvar, AZƏRTAC

Energetika Nazirliyində “Elektroenergetika və bərpaolunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclas AZS EN 30-2-1:2024 - Qaz ilə işləyən məişət mətbəx texnikası – 2-1-ci hissə: Enerjidən səmərəli istifadə - Ümumi, AZS EN 15218:2024 - Məkanın soyudulması üçün buxar ilə soyutma kondensatorlu və elektrik intiqal kompressorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər və AZS IEC 62512:2024 - Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar – Effektivliyin ölçülməsi üsulları standartlarının layihələrinin müzakirəsi məqsədilə təşkil edilib.

İclası giriş sözü ilə açan nazirliyin aparat rəhbərinin müavini - texniki komitənin sədri Xalidə Məsimova standartlaşdırmanın iqtisadiyyata, xüsusilə energetika sektorunun inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, energetika sektorunda tətbiq edilən avadanlıqların, məişətdə istifadə olunan məhsulların, eləcə də bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin təmin olunması və istehlakçıların hüquqlarının qorunması baxımından standartların tətbiqi müstəsna əhəmiyyət daşıyır.

Sonra Azərbaycan Standartlaşdırma İnstitutunun Strateji planlama və əlaqələndirmə şöbəsinin əməkdaşı Elman Əlixanov çıxış edərək hər üç standart layihəsinin hazırlanmış yekun variantı barədə geniş məlumat verib.

Sonda texniki komitənin üzvlərinin layihələrlə bağlı əlavə təklif və tövsiyələri dinlənilib, hər üç standart layihəsinin qısa müddət ərzində təkmilləşdirilərək qəbul olunması məqsədəmüvafiq hesab olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri