Elektromobillər yeraltı xəstəxana parkinqlərinə buraxılmasın Tədqiqatçılar
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Fransız tədqiqatçılar parkinqdə yanan və ya batareyası partlayan elektromobilin hansı fəsadlar doğuracağını yoxlayıblar.
Avtosfer.az xəbər verir ki, bunun üçün yeraltı parkinqi imitasiya edən qapalı məkan hazırlanıb. Betondan hazırlanan məkanın üzərinə isə ev əşyaları (mebel, məişət texnikası, divan) qoyulub.
Partlayışın gücü 1,5 kiloqram trotil ekvivalentində olub və proses kameralarla izlənib. Belə nəticəyə gəlinib ki, elektromobil parkinqdə partlayacağı təqdirdə aşağı mərtəbədə yaşayanlar ciddi xəsarət ala bilərlər. Aşağı ətrafların zədələnməsi riski böyükdür. Partlayışın təsirindən sakinlər döşəməyə və ya divara çırpılıb həyatını itirə bilərlər.
Tədqiqatçılar bu testdən sonra 2 ciddi tövsiyə ediblər: 1. Yeraltı parkinqlərdə doldurma qurğuları yerləşdirilməsin. 2. Xəstəxanaların və bağçaların yeraltı qarajlarında isə elektromobillərin parklamasına ümumiyyətlə icazə verilməsin.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















