Icma.az
close
up
RU
“Elektromobillərin ekspansiyasına hazırıqmı?” Məşhur təkər brendindən açıqlama

“Elektromobillərin ekspansiyasına hazırıqmı?” Məşhur təkər brendindən açıqlama

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın avtomobil xidmətləri bazarının liderlərindən sayılan “Radius” şirkəti dünyanın aparıcı təkər istehsalçılarından biri olan Hankook shirkətinin idarə heyəti nümayəndələrinin iştirakı ilə infosessiya keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin məqsədi “Hankook” markasının Azərbaycan bazarındakı strategiyası, avtomobil və təkər sənayesində son yeniliklərin müzakirəsi, təkər texnologiyalarında son tendensiyalar barədə məlumatların ötürülməsi, ölkəmizdə avtomobil sürücülərinin təkərlərlə bağlı biliklərinin artırılması və bu məhsula düzgün münasibət ilə təkər mədəniyyətinin formalaşdırıması olub.

İnfosessiya zamanı “Hankook” mütəxəssisləri müasir təkər texnologiyaları, şirkətin dünya avtomobil sənayesindəki yeniliklərə reaksiyaları, sürətlə artan rəqabətə araşdırma və inkişaf cavabları, təhlükəsizlik standartları, Azərbaycan bazarında mövqeyi barədə təqdimatla çıxış ediblər.

Dünyanın 5 ölkəsində 8 istehsal müəssisəsi olduğunu bildirən “Hankook” təmsilçiləri istehsal ölkəsindən asılı olmayaraq, brendin bütün məhsullarının eyni keyfiyyət standartına malik olduğunu vurğulayıblar.

Avtomobil sənayesində elektromobillərin və hibrid avtomobillərin daha çox populyarlaşmasının bu tip avtomobillərin tələblərinə cavab verən məhsulların istehsalı və inkişafına səbəb olduğu qeyd edilib. “Şirkətin yenilikləri arasında səs səviyyəsini azaldan texnologiyalar, gel vasitəsilə daxili qatın gücləndirilmiş təkər sistemləri, elektrikli və hibrid avtomobillər üçün xüsusi hazırlanmış təkərlər və gələcəyin texnologiyaları olan havasız təkər texnologiyaları da yer alır” – “Hankook” şirkətinin nümayəndəsi belə bildirib.

“Hankook” təmsilçiləri elektrikli yarış bolidlərinin dünya çempionatı olan  “Formula E”–yə qatılmağın brendin öz premium keyfiyyətini vurğulamaqla yanaşı, avtomobil sənayesinin gələcəyinə yatırımı olduğunu qeyd ediblər. 

Görüşdə avtomobil sahibi olan media nümayəndələri, avtomobil sektorunda çalışan mütəxəssislər və bu sahə üzrə ixtisaslaşmış jurnalistlər iştirak edib.

“Radius” şirkəti tədbirin şirkətin uzunmüddətli strategiyasının bir hissəs olduğunu bildirib. Şirkətin məqsədi avtomobil sahiblərinə yalnız servis xidməti göstərmək deyil, həm də onların avtomobil təhlükəsizliyi ilə bağlı məlumatlılığını artırmaqdır.

“Radius” hesab edir ki, məlumatlı sürücü və avtomobil sahiblərinin sayının artması ölkədə yol hərəkəti təhlükəsizliyinə də mühüm töhfə verir, yol və nəqliyyat mədəniyyətini təkmilləşdirir

Qeyd edək ki, “Radius” paytaxtda 2 xidmət mərkəzinə malik şəbəkədir. 50-dən artıq beynəlxalq tərəfdaşa malik, 40-dan çox təkər brendinin məhsullarını avtomobil sahiblərinə təqdim edən şirkət avtomobil texnologiyaları üzrə beynəlxalq bilik və təcrübənin yerli bazara gətirilməsini prioritet istiqamətlərindən hesab edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri