Icma.az
close
up
RU
“Elektron kitablar və təkərli çantalar uşaqların fiziki yükünü azalda bilər” Rizvan Fikrətoğlu

“Elektron kitablar və təkərli çantalar uşaqların fiziki yükünü azalda bilər” Rizvan Fikrətoğlu

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Təkərli çantalar, yəni trolliklərdən istifadə edilə bilər. Məktəblərdə dərs cədvəli elə tərtib olunmalıdır ki, bir gündə çox sayda ağır fənlər tədris edilməsin.

Məktəb çantalarının çəkisinin azaldılması yalnız valideyn və uşağın deyil, həm də təhsil sistemi səviyyəsində həll oluna biləcək məsələdir. Bunun üçün dərs cədvəli optimallaşdırılmalıdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib:

“Eyni gündə ağır fənlərin, məsələn riyaziyyat, fizika və tarix kimi fənlərin bir arada tədrisi məhdudlaşdırılmalı, fiziki tərbiyə və texnologiya kimi daha yüngül fənlərlə balanslaşdırılmalıdır.

Dərs cədvəli elə planlaşdırılmalıdır ki, kitab və dəftərlərin sayı günlər üzrə balanslı olsun. Eyni fənlərin ardıcıl dərsləri birləşdirilərək həftə ərzində kitab daşınma sıxlığı azaldıla bilər. Elektron dəstək və rəqəmsal siniflərin tətbiqi də mümkündür.

Elektron kitabların istifadəsi ilə uşaqların fiziki kitab daşımalarına artıq ehtiyac qalmaya bilər. Bu, dünya təcrübəsində geniş tətbiq olunur. Tablet və planşet vasitəsilə dərs materiallarına çıxış təmin edilə bilər.
Xüsusilə yuxarı siniflər üçün bu daha uyğundur, aşağı siniflərdə isə bəlkə bir qədər çətin ola bilər. Bundan əlavə, hər şagird üçün məktəbdə kitab rəfi və ya dolab təmin edilə bilər ki, gündəlik istifadə olunmayan kitab və vəsaitlər məktəbdə saxlanılsın.

Bu, xüsusilə ibtidai və orta siniflərdə çantanın çəkisini ciddi şəkildə azalda bilər.
Elm və Təhsil Nazirliyi dərslikləri iki hissəyə bölünmüş formatda hazırlaya bilər — birinci yarımil üçün bir hissə, ikinci yarımil üçün digər hissə”.

O, qeyd edib ki, kitabların kağız keyfiyyəti və formatı optimallaşdırılaraq daha yüngül versiyalar hazırlanmalıdır:

“Həmçinin bir neçə fənn üçün birləşdirilmiş tematik kitablar da tətbiq oluna bilər. Dərs materialları məktəbdə saxlanıla bilər, müəllimlər dərs zamanı lazım olan kitabların sinifdə qalmasına şərait yarada bilərlər. Məsələn, sinifdə bir nüsxə kitab dəsti saxlanılaraq uşaqlar evə yalnız tapşırıq dəftərlərini apara bilərlər.

Bundan əlavə, müəllimlər və valideynlər uşaqların çantasının çəkisinə daimi nəzarət etməlidirlər. Lazımsız materialların daşınmamasına diqqət yetirilməlidir. Məktəblərdə bu mövzuda mütəmadi monitorinqlər və yoxlamalar aparılmalı, məsələyə ciddi yanaşılmalıdır”.

Gülxanım

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri