Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Bu rayona yeni polis rəisi təyin edildi

Liqa 1: Marsel darmadağına sevindi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Bakıda özəl məktəblərdə müəllim seçimi daha ciddi aparılır Rizvan Fikrətoğlu

Bakıda özəl məktəblərdə müəllim seçimi daha ciddi aparılır Rizvan Fikrətoğlu

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda özəl məktəblərdə illik təhsil haqqı çox bahadır. Avropaya nisbətən bu fantastik rəqəmlər təbii ki ölkəmiz üçün çox yüksəkdir. Məsələn, Dünya məktəbində ibtidai təhsil 9000-10500 min manat, Britaniya məktəbi 12000-14000 min manat, Kaspi liseyi 6800-8300 min manat, Bakı Atatürk liseyi 3500 min manatdır. Qeyd edək ki, bəzi məktəblərdə qiymət ibtidai, orta və tam təhsil üçün stabildir, bəzi məktəblərdə isə bu rəqəm dəyişir. Bu qədər yüksək məbləğli məktəblərdə təhsil alan şagirdlərə verilən təhsil, digər dövlət məktəblərindən hansı metodlarla fərqlənir?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirir ki, özəl liseylərdə təhsil haqlarının baha olmasına səbəb nəzarətsiz bazar və rəqabətin olmamasıdır:

Ümumiyyətlə Azərbaycanda özəl lisey və məktəbəqədər təhsil haqları bahadır. Bunun səbəbləri var. Nəzarətsiz bazar və rəqabətin olmamasıdır. Özəl məktəblər istinadən təhsil haqlarını sərbəst şəkillərdə müəyyənləşdirir. Bazar tələb edir ki, tələbə axını çox olan sahələrdə qiymətlər qalxsın. Lakin bəzən təhsilin keyfiyyəti bu artımla demək olar ki paralel olmur, nəticədə qiymətlər qalxsa da, nəticə həmin vəsaitə uyğun olmaya bilər. Burda infrastruktur və icarə xərcləri də var. Bakıda icarə haqları göstərilənə görə çox yüksəkdir. Məsələn 5-6 min kv metrlik məktəb üçün illik icarə haqqı 500 min manatdan çox ola bilər. Ümumiyyətlə bu xərclər şagirdlərin təhsil haqqına birbaşa təsir edir ki, bu da onların yüksək haqq ödəməsinə gətirib çıxarır”.

Ekspertin sözlərinə görə bəzi əlavə xidmətlər təhsil haqqını artırır:

Əlavə olaraq Beynəlxalq kurrikulum və lisenziyalaşdırma xərcləri də var. Beynəlxalq məktəb adı altında fəaliyyət göstərən bir çox özəl təhsil qurumları beynəlxalq metodlar üzrə tədris həyata keçirir. Bu kurrikulumlara aid lisenziya haqqı, akkreditasiya, xarici müəllimin ölkəmizə gətirilməsi və nostrifikasiya (xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi-red) kimi xərclər valideynə əlavə yük yaradır. Xidmət paketi və əlavə rahatlıqlar da burda var. Yəni bazarda rəqabətçi olmaq üçün özəl məktəblər kamfortlu auditoriyalar, dərsdən kənar dərnəklər, nəqliyyat, yemək, məktəb forması kimi servis paketləri təqdim edir. Bu əlavə xidmətlər təhsil haqqını artırır”.

Rizvan Fikrətoğlu vurğulayır ki, finanslaşdırma demək olar ki, bütövlükdə valideynlərin ödədiyi təhsil haqları ilə təmin olunur:

“Oradakı təhsil nəticələrə, keyfiyyətə uyğun gəlməyə bilər. Əlavə olaraq özəl məktəblər dövlət büdcəsindən maliyyələşmə almır. Yəni finanslaşdırma demək olar ki, bütövlükdə valideynlərin ödədiyi təhsil haqları ilə təmin olunur. Dövlət ödənişsiz təhsil sistemində özəl məktəblər daxil edilmədiyi üçün dövlət buna yardım ayırmır. Bəzi hallarda şəffaf olmayan idarəetmə, nepotizm və özbaşınalıq halları da ola bilər. Bu da təhsil haqqının artmasına səbəb ola bilər. Azərbaycanda təhsil sektorunda müəyyən qədər kənaraçıxmalar da var. Bu da özəl məktəblərdə şəffaf xərclərin olmamasına gətirib çıxara bilər. Ümumiyyətlə demək olar ki, bazarda rəqabət yüksək deyil. Bu da qiyməti artırır, keyfiyyətə nəzarəti azaldır. Yüksək icarə və infrastruktur xərcləri ola bilər ki, bu da əməliyyat xərcləri artdıqca, təhsil haqlarının artmasına səbəb ola bilər. Servis və əlavə xidmətlər, yəni komfort təklifləri təhsil haqqını artırır. Dövlət maliyyə dəstəyi olmadığına görə valideyndən tam vəsaiti alırlar.

 Özəl məktəblərin şişirdilmiş təhsil haqları əksər hallarda struktur və baza problemləri altında formalaşır, təkcə təhsil keyfiyyətinə görə deyil. Əgər daha sərfəli və şəffaf təhsil seçimləri olsa, mən düşünürəm ki, qiymətlər bu qədər yüksək olmaz. Azərbaycanda bəzi özəl məktəblərdə sosial yönlü layihələr çərçivəsində müəyyən sayda şagird üçün pulsuz, yaxud güzəştli təhsil imkanları təqdim oluna bilər. Amma bu məktəblərdə tədris prosesinin əsas fərqləri daha çox tədris metodları, infrastruktur təlim mühiti və təlim yanaşmağı ilə bağlıdır”.

Təhsil eksperti özəl məktəblərdə təhsilin dövlət məktəblərindən fərqləndirdiyi  metodlardan danışaraq qeyd edib ki, özəl məktəblər daha çox şagirdyönlü  təlim hazırlayır:

 

Özəl məktəblərdə təhsilin dövlət məktəblərindən fərqləndirdiyi müəyyən metodlar var. Ümumiyyətlə özəl məktəblər daha çox şagirdyönlü  təlim hazırlayır. Yəni fərdi yanaşma olur və sinifdə şagird sayı az olur, yəni hər bir şagirdin maraqları və qabiliyyəti nəzərə alınır. Adətən siniflərdə 10-15 nəfər olur. Bu da müəllimin hər bir şagirdə daha çox zaman ayırmasına imkan yaradır. Özəl məktəblər daha çox layihə əsasında öyrənməyə  üstünlük verir, yəni şagirdlər real həyat problemləri üzərində işləyirlər. Əzbərləmə deyil, daha çox tətbiqi biliklərə üstünlük verilir. Komanda işi, təqdimat bacarığı, tənqidi düşüncə inkişaf etdirilir. Özəl məktəblər ənənəvi dərs kitablarından kənara çıxaraq mühit əsaslı tədrisə yönəlirlər. Əksər özəl məktəblərdə dərslər tam və qismən ingilis dilində tədris olunur. Bu da istər istəməz qiymətə təsir edir. Rəqəmsal lövhələr, planşetlər, interaktiv təqdris proqramı, robot texnika, süni intellekt və digər yeni texnologiyalar məktəb mühitinə daxil edilir”.

Təhsil eksperti qeyd edir ki, özəl məktəblər müəllim seçimini daha ciddi aparır:

“Müəllim heyətinin seçimi məsələsi var. Ümumiyyətlə özəl məktəblər müəllim seçimini daha ciddi aparır. Tez-tez təlimlər təkif edir. Ümumiyyətlə müəlimlərin maaşı da yaxşı olur. Bunun üçün ən çox keyfiyyətli kadrlar cəlb edir. Özəl məktəblərdə yumşaq bacarıqlar deyilən bir məsələ var. Yəni liderlik, təqdimat, ictimai çıxış, debat, vaxtın idarə olunması bunlar əsas götürülür-eləcə də psixoloji dəstək, mentol proqramları, karyera planlaşdırılması da tədris oluna bilər, bu da qiymətə təsir edə bilər.  Özəl məktəblər daha çox emosional intellekt, sosial məsuliyyət, vətəndaşlıq bilikləri üzərində tədris aparır. Eləcə də gender bərabərliyi, ətraf mühitə qayğı, humanizm kimi mövzulara yer ayırırlar. Bu məktəblərin əlavə dərnəkləri dərsdənkənar fəaliyyəti də mövcuddur. Yəni idman, rəqs, musiqi teatr, incəsənət və digər məşğələlər də tədris olunur. Eləcə də şagirdlər məktəbdə vaxtlarının çox hissəsini keçirərkən çoxşaxəli inkişaf edirlər”.

Rizvan Fikrətoğlu  dövlət və özəl məktəblərin fərqini izah edərək bildirib:

“Dövlət məktəbləri ilə özəl məktəblərin fərqi odur ki, dövlət məktəblərində daha çox tədris standart proqramları əsaslanır və kütləvi yanaşma üstünlük təşkil edir. Ümumiyyətlə dövlət məktəblərində texnologiya layihə əsaslı öyrənmə və dil imkanları daha məhduddur. Müəllim başına düşən şagird sayı da yüksəkdir. Adətən bir çox məktəblərdə şagirdlərin sayı normadan çox olur. Pulsuz oxuyan şagirdlər özəl məktəblərdə bu mühitin metodlarını və faydasını görürlər. Onlara göstərilən imkan dövlət məktəblərində orta statistik şagirddən qat-qat genişdir. Bu isə onların özünə inamına, təfəkkür tərzinə, koryera perspektivinə ciddi təsir göstərir. Belə özəl məktəbdə oxumağa dəyərmi? Mən deyərdim dəyər, amma bu sualın cavabı ailənin maddi durumu, uşağın ehtiyacları və məktəbin real keyfiyyəti kimi faktorlardan asılı olaraq fərqli ola bilər. Ona görə ki, özəl məktəblərdə daha keyfiyyətli təhsil fərdi yanaşma var. Müəllim şagirdlə daha çox məşğul ola bilir. Uşaq fərqli fənlərə maraq göstərə bilir. Özəl məktəblərdə güclü, beynəlxalq proqramlar olur. Aybian, Syt, TOEFL hazırlıqları erkən mərhələdə olur. Ümumiyyətlə şagird rahat şəkildə xarici təhsil ala bilir. Eyni zamanda tənqidi və yaradıcı düşüncəni erkən yaşdan inkişaf etdirir. Şagird test və əzbərçilik yox, fikrini əsaslandıraraq təqdim edə bilir. Özəl məktəblərdə robottexnika, rəqəmsal işləmək vərdişləri daha yaxşı formalaşır. Debat, komanda işi, ictimai çıxışlar, dərnəklər və layihələr uşağın özünə inamını artırır.

Hər bahalı məktəb də yaxşı deyil, yəni təhsil haqqı yüksəkdir, amma yüksək qiymət nəticəyə uyğun gəlməyə bilər.

Bundan əlavə özəl məktəblər bəzən marketing formalaşdırır. Yəni ad brendləşir, amma burda təhsil keyfiyyəti yüksək olmur. Akademik səviyyə bəzən dövlət məktəblərində zəif olur, yəni bəzi özəl məktəblərdə şagirdə çox rahatlıq yaradır. Nəticədə intizam və öyrənmə motivasiyası bu baxımdan zəifləyə bilər”.

Ekspert vurğulayır ki, valideynlər bəzən yalnız ad-san üçün də övladlarını özəl məktəbə verir:

 “Valideynlər bəzən yalnız ad-san üçün də övladlarını özəl məktəbə verir. Bu zaman məktəb uşağın ehtiyaclarını deyil, yönəlir. Bəzi hallarda özəl məktəb mühiti daha sərbəst və fərqli olduğu üçün, bəzi uşaq üçün bu keçid çətin ola bilər. Əgər məktəb real şəkildə  fərqli təhsil verirsə, ailə maddi baxımdan buna tab gətirə bilirsə, uşaq bu mühitə uyğun gəlirsə, onda özəl məktəbdə oxumağa dəyər”.

 

Günel Həsənova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see194

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see193

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see175

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see120

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri