Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Azərbaycanda müəllimlər hər üç beş ildən bir müayinədən keçməlidir Rizvan Fikrətoğlu

Azərbaycanda müəllimlər hər üç beş ildən bir müayinədən keçməlidir Rizvan Fikrətoğlu

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Demək olar ki, hər məktəbdə əsəbini idarə edə bilməyən, aqressiv davranışlar sərgiləyən müəllimlər fəaliyyət göstərir. Bu isə ilk növbədə şagirdlərin təhlükəsizliyinə, psixoloji inkişafına və məktəb mühitinə ciddi zərbə vurur. Xatırladaq ki, Lənkəran məktəbində yayılan direktor müavininin şagirdi və xadiməni döyməsi ilə bağlı görüntülər də bu problemin mövcudluğunu açıq şəkildə sübut etdi.

Hadisə ictimai qınağa səbəb olsa da, əsas sual hələ də cavabsız qalır: əsəb problemləri olan müəllimlər niyə vaxtında yoxlanılmır və niyə sistemli nəzarət mexanizmi işləmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, mövzu ağırdır, amma təəssüf ki, real bir problemi əks etdirir:

"Müəllimlərin və ya direktor müavinlərinin aqressiv davranışı, əsəbini idarə edə bilməməsi uşaqların təhlükəsizliyinə, psixoloji inkişafına və bütövlükdə məktəb mühitinə ciddi zərər vurur. Siz haqlısınız. Hazırda müəllimlərin işə qəbulunda test imtahanı var, amma psixoloji müayinə praktik olaraq aparılmır. Elm və Təhsil Nazirliyi bəyan edir ki, müsahibə zamanı psixoloji vəziyyət yoxlanılır. Əslində isə bu, sadəcə məsuliyyətdən yayınmaq üçün işlədilən bir ifadədir. Reallıqda psixoloji yoxlanış aparılmır. Niyə yoxlanılmır sualına gəldikdə, səbəb qanunvericilikdə boşluqların olmasıdır. İşə qəbul qaydalarına görə müəllimlərdən tibbi arayış tələb olunmalıdır və həmin arayış üçün real müayinələrdən keçmələri vacibdir. Tibbi və psixoloji pozğunluğu olan şəxslərin müəllim kimi fəaliyyətinə icazə verilməməlidir. Təəssüf ki, psixoloji uyğunluq ayrıca yoxlanılmır. Sistemli mexanizm yoxdur, Elm və Təhsil Nazirliyi yalnız imtahan nəticələrinə əsaslanır. Nəticədə əsəb pozuntuları, aqressiv davranış riski olan şəxslər nəzərə alınmadan işə qəbul edilə bilirlər. Nazirliyin iddia etdiyi monitorinqlər isə formal xarakter daşıyır. Müəllim işə qəbul olunduqdan sonra onun davranışı, stresə davamlılığı və şagirdlərlə ünsiyyəti sistemli yoxlanılmır. Yalnız insident baş verdikdə və ictimailəşdikdə tədbir görülür. Əks halda məsələ bağlanır".

Ekspert əlavə etdi ki, bu məsələdə bir “stiqma qorxusu” da var:

"Yəni psixoloji müayinənin məcburi olması bəzi dairələrdə diskriminasiya kimi qəbul edilir. Bu səbəbdən məsələ uzun müddət təxirə salınıb. Halbuki çıxış yolları mövcuddur. İşə qəbulda ilkin psixoloji testlər tətbiq olunmalıdır. Namizəd müəllimin emosional sabitliyi, stresə davamlılığı və uşaqlarla ünsiyyət bacarığı sadə testlərlə qiymətləndirilməli, risk aşkarlanarsa, o, imtahana buraxılmamalıdır".

Həmsöhbətimiz hesab edir ki, daimi psixoloji monitorinq də vacibdir. Onun fikrincə, müəllimlər hər üç-beş ildən bir müayinədən keçməli, xüsusilə şagird və valideynlərin şikayətləri əsasında dərhal yoxlanılmalıdır.

"İctimailəşmədən də hər bir şikayətə real reaksiya verilməlidir. Məktəbdaxili psixoloji institutlar gücləndirilməlidir. Məktəb psixoloqu yalnız şagirdlərlə deyil, müəllimlərlə də işləməli, erkən müdaxilə etməlidir. Təəssüf ki, bəzi hallarda məktəbdə psixoloji xidməti təşkil edən şəxslərin özlərinin problemləri olur. Bunlar da vaxtında aşkarlanmalıdır. Bundan əlavə, şikayətlərin araşdırılması üçün operativ mexanizm qurulmalı, valideyn və müəllimlər üçün anonim onlayn platforma yaradılmalıdır. Müəllimlərin aqressiv davranışı dərhal araşdırılmalı, onlara dəstək və təlimlər keçirilməlidir. Stresin idarə olunması, sinifdə konfliktlərin həlli, emosional savadlılıq üzrə illik təlimlər mütləq təşkil olunmalıdır. Əks halda təkcə uşaqların fiziki və psixoloji təhlükəsizliyi deyil, həm də təhsil sisteminə olan etimad tamamilə sarsılacaq. Müəllimin şagirdi döyməsi pedaqoji və hüquqi baxımdan qəbuledilməzdir. İctimai qınaq da olmalıdır. Bu məsələlərə ciddi müdaxilə olunmasa, problemlər daha da dərinləşəcək", - deyə Rizvan Fikrətoğlu yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri