Icma.az
close
up
RU
Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? ARAŞDIRMA

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? ARAŞDIRMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobillərinə qədər müxtəlif cihazların alovlanması və ya partlaması kimi hallar yalnız maddi zərər verməklə kifayətlənmir, həm də insanların həyatını risk altına qoyur. Ən son hadisə isə Nyu-Yorkdakı məşhur “Trump International” otelinin qarşısında baş verib. “Tesla Cybertruck” markalı elektrik avtomobilinin partlaması böyük səs-küyə səbəb olub. Təxribat ehtimalı irəli sürülsə də, araşdırmalar hələ davam edir. Bu cür hallar elektronika alətlərinə olan inamı ciddi şəkildə sarsıdır. 

Maraqlıdır, bədbəxt hadisələrin baş verməməsi üçün elektronik avadanlıq alarkən və istifdadəsi zamanı nələrə diqqət edilməlidir?

Sfera.az bildirir ki, elektronik avadanlıq alarkən diqqət edilməli ən vacib məqamlardan biri məhsulun sertifikatının olmasıdır.

Belə ki, məhsulun beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən sertifikatlara malik olub-olmaması yoxlanılmalıdır. CE, RoHS, UL kimi işarələr cihazın təhlükəsizliyini təmin edən əsas göstəricilərdir. Həmçinin orijinal məhsulların xüsusi seriya nömrələri və orijinallıq təsdiqləri olur. Saxta və ya ikinci əl cihazlardan çəkinilməsi daha məqsədəuyğundur. Bundan başqa, adətən tanınmış brendlərin məhsulları təhlükəsizlik standartlarına daha uyğun olur. Ucuz və naməlum istehsalçılardan alınan cihazlar, saxta şarj cihazları, batareyalar və digər aksesuarlar təhlükəsizlik risklərini artırır.

Alınan cihazın zəmanət müddəti və texniki xidmət şəbəkəsi haqqında məlumat əldə edilməlidir. İstifadə qaydaları diqqətlə oxunmalı və təklif edilən göstərişlərə riayət edilməlidir. Xüsusilə enerji yükləmə prosedurları ilə bağlı qaydaları pozulmamalıdır. Elektron cihazların havalandırılma sistemlərinin normal işləməsi təmin edilməlidir. Məsələn, cihazları qızdırıcıların və ya günəş şüalarının altında saxlamaq olmaz.

Əsas məqamlardan biri də cihazların nəzarətsiz qoyulmamasıdır. Xüsusilə şarj zamanı cihazları nəzarətsiz qoymaqdan çəkinilməlidir. Bu, partlayış və ya yanğın riskini artırır.

Əgər cihazda hansısa problem yaranarsa, onu qeyri-peşəkar şəxslərə təmir etdirmək olmaz. Məhsulun zəmanəti varsa, mağazaya yaxınlaşmalı, ya da markanın rəsmi texniki servisinə müraciət edilməlidir.

Elektronika artıq həyatımızın ayrılmaz hissəsidir. Buna görə də, həm istehsalçılar, həm də istifadəçilər daha məsuliyyətli davranmalıdır. İstehsalçılar məhsullarının təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlər görməli, istehlakçılar isə diqqətli seçim və istifadəyə üstünlük verməlidir.

Unutmayaq ki, düzgün yanaşma ilə texnologiyanın yaratdığı riskləri minimuma endirmək mümkündür. Elektronik cihazlar həyatımızı asanlaşdırdığı kimi, təhlükəsizliyimizə də xidmət etməlidir.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri