Elgün Abdullayevin cəzası AĞIRLAŞDIRILDI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayevin cəzası ağırlaşdırılıb.
Redaktor.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb.
Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb.
Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib.

Elgün Abdullayevin cəzası ağırlaşdırıldı
13 Dekabr 2024 16:52
Polkovnikin cəzası AĞIRLAŞDIRILDI
05 Dekabr 2024 18:44
Həbsdə olan polkovnikin cəzası AĞIRLAŞDIRILDI
16 Dekabr 2024 15:44
Meşə təsərrüfatına zərər vuranların cəzası AĞIRLAŞDIRILDI
25 Noyabr 2024 09:49
MNin sabiq idarə rəisinin cəzası AĞIRLAŞDIRILDI
05 Dekabr 2024 18:52

