Elgün intihar edib? "Paltarları cırılardı, ətrafda izlər olardı" RƏY
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Gəncədə yaralı vəziyyətdə tapılan və xəstəxanada vəfat edən Elgün İbrahimovun ölümünün səbəbi məlum olub. Bildirilib ki, o, hündürlükdən yıxılma nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb.
Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov Bakupost.az -a açıqlamasında istintaqı bu nəticəyə gətirən sübutlardan danışıb:
“Mən bir həftə əvvəl sizə açıqlamamda demişdim ki, intihar versiyası da, binadan ehtiyatsızlıqdan yıxılma versiyası da mümkündür. Lakin bu fikir cəmiyyətdə bəzi insanlar tərəfindən qəbul olunmurdu. Xəsarətlərə baxanda açıq-aydın görünürdü ki, Elgün ya binadan yıxılıb, ya da intihar edib. Yəni yüksəklikdən düşmə nəticəsində başın yerə dəyməsi ilə o cür xəsarətlərin olması mümkündür. Həmçinin ətrafda ayaq izlərinin olmaması, kamera görüntülərində başqa şəxslərin görünməməsi, avtomobil şinlərinin izinin olmaması kimi hallar onu deməyə əsas verirdi ki, bu hadisə yüksəklikdən düşmə nəticəsində baş verib".
M.Abbasov hesab edir ki, cinayət işi Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü ölüm həddinə çatdırma) ilə tövsif olunacaq:
"Adətən, kənar şəxslər tərəfindən hücuma məruz qalan insan özünü müdafiə edir. Belə olsa idi, paltarları cırılardı, ətrafda cinayətin predmetləri aşkar olunardı. Həmçinin qeyd olunub ki, Elgün spirtli içki qəbul edib. Meyitdən dərhal qan nümunəsi götürülür, ekspert rəyi alınır, beləliklə, detallar məlum olur.”
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















