Icma.az
close
up
RU
Əli Əsədov: Bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdi

Əli Əsədov: Bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdi

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verdi. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra onun bütün ərazisində prezident və parlament seçkilərinin keçirilməsi tarixi hadisə oldu".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, bu tarixi hadisə keçmiş məcburi köçkünlərə öz doğma torpaqlarında yaradılmış seçki məntəqələrində səs verməyə imkan verib: "Bununla əlaqədar olaraq, MDB üzvü olan ölkələrin müşahidəçi missiyasına və Birliyin özünə fəal iştirakına və peşəkarlıq nümayiş etdirdiklərinə görə təşəkkür etmək istərdim".

Əli Əsədov bu yaxınlarda Bakıda keçirilən BMT-nin iqlim konfransı - COP29-dan da danışıb. Bildirib ki, tədbirdə 80 dövlət və hökumət başçısı, eləcə də qeydiyyatdan keçmiş 76 mindən çox inümayəndə iştirak edib:

"COP29-da inkişaf etməkdə olan ölkələrə illik rekord məbləğdə 300 milyard dollarlıq iqlim maliyyəsi təqdim etmək barədə qərar qəbul olunub. Əldə edilən razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və qlobal iqlim gündəmi üçün müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycanın sədrliyi ölkəmizə qarşı genişmiqyaslı, əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi ki, bu da konfransın layiqli səviyyədə keçirilməsinə, mühüm nəticələrə və çoxtərəfli danışıqlarda irəliləyiş əldə etməyə imkan verdi. Fürsətdən istifadə edərək, Birlik ölkələrinin nümayəndə heyətlərinin fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə əvəzsiz töhfələrinə görə Azərbaycan hökuməti adından minnətdarlığımı bildirirəm. Ayrı-ayrılıqda, Rusiya Federasiyasının nümayəndə heyətinin başçısı kimi COP29-da şəxsi fəal iştirakına görə Mixail Vladimiroviçə təşəkkür etmək istərdim".

Azərbaycan Baş naziri çıxışının sonunda Birlik çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və toplantının bütün iştirakçılarına səmərəli iş arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri