Icma.az
close
up
RU
Əli Əsədov İranda niyə rusca danışıb? Rəsmi AÇIQLAMA

Əli Əsədov İranda niyə rusca danışıb? Rəsmi AÇIQLAMA

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 18-də İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumu keçirilib. Forumda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib. O, tədbirdə çıxış edib. 

Ə.Əsədov Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6 faizdən çox artıb”.

Modern.az-ın məlumatına görə, Əli Əsədovun tədbirdə rus dilində çıxış etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məsələyə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov münasibət bildirib. O, APA-ya açıqlamasında bildirib ki, Təşkilat Komitəsi Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda iki dili – rus və fars dillərini rəsmi dil kimi təsdiqləyib:

"Üçüncü Forumda ev sahibi - İranın 1-ci vitse-prezidenti və fəxri qonaq kimi dəvət olunmuş Tacikistanın Baş naziri fars dilində çıxış ediblər. Ona görə ki, fars dili Forumun rəsmi dilidir. Başqa hökumət başçıları isə rus dilində çıxış etdilər. Bu, məsələnin təşkilati tərəfidir. Texniki baxımdan isə tərcümə yalnız fars dilindən rus dilinə, rus dilindən isə fars dilinə edilirdi. Baş nazir yalnız Forumun tədbirlərində rus dilində çıxış edib. İran İslam Respublikasının 1-ci vitse-prezidenti Məhəmməd Arefi və İranın Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüşlərdə isə Baş nazir Azərbaycan dilində danışıb və ümumiyyətlə bütün danışıq Azərbaycan dilində aparılıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri