Icma.az
close
up
RU
Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib. SİA xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın Baş naziri Rusiyanı cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik edib, həmçinin 2025-ci ildə quruma sədrlikdə Tacikistana uğurlar arzulayıb.Ə.Əsədov əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, nəqliyyat və humanitar sahələr, maliyyə və büdcə mövzuları üzrə 20-yə yaxın bəndin daxil olduğu iclasın gündəliyində duran məsələlərin əhəmiyyətinə diqqət çəkib.Xüsusilə iclasın yekunu üzrə təsdiq olunacaq 2025-2026-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının əhəmiyyəti qeyd edilib.Vurğulanıb ki, 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və bunlara Azərbaycanda fəal hazırlıq gedir.“Biz “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib”, - deyə Ə.Əsədov bildirib.Qeyd olunub ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. “Möhtəşəm təbiətə və çoxəsrlik tarixə malik şəhərdə həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur, sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq iki mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, - deyə Baş nazir əlavə edib.Ə.Əsədov Birliyin idman paytaxtı elan edilmiş Gəncə şəhərində gələn il keçiriləcək III MDB Oyunları barədə məlumat verib.İclas iştirakçılarının diqqəti, eyni zamanda, bu il Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrə yönəldilib.“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib, bu isə tarixi hadisəyə çevrilib və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs vermələrinə imkan yaradıb”, - deyə Əli Əsədov bildirib.Baş nazir bu yaxınlarda Bakıda başa çatmış COP29 iqlim konfransının nəticələrinə də toxunub. Diqqətə çatdırılıb ki, Konfransın yekunları üzrə mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi, eləcə də İtki və Zərər Fondunun tətbiqi ilə bağlı qərarlar qəbul olunub.Vurğulanıb ki, Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirib, bu da Azərbaycana qarşı genişmiqyaslı, əsassız kampaniyaya, hətta dünya ictimaiyyətinə belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq, Konfransın ən yüksək səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan verib.Ə.Əsədov, həmçinin COP29 tədbirlərində fəal iştirak edən Rusiya Hökumətinin Sədri Mixail Mişustinə və MDB üzvü olan ölkələrin rəhbərliklərinə təşəkkür edib.Sonda Ə.Əsədov MDB çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçılarıtərəfindən bir sıra sənədlər imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri