Icma.az
close
up
RU
Əli Kərimli Tofiq Yaqublunun məhkəməsini şouya çevirir ANALİZ

Əli Kərimli Tofiq Yaqublunun məhkəməsini şouya çevirir ANALİZ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər bir prosesin, hadisənin sonu olduğu kimi, siyasətdə də fəaliyyətin sonu olur. Düzdür, elə siyasətçilər olur ki, onlar müxtəlif vasitələr və üsüllarla ömürlərini uzatmağa, boş və mənasız görünən fəaliyyətlərini uzatmağa çalışırlar. Lakin belə süni fəaliyyət heç bir halda partiya yetkililərinə nüfuz gətirmir. Əksinə, lazımsız şəxslər olaraq daim qınaq obyekti olurlar. Diqqətçəkən məqam ondan ibarətdir ki, müxtəlif populist metodlarla siyasi ömürlərini uzatmağa çalışanlar yalan və böhtanlardan geninə boluna istifadə edir, müxtəlif mənasız ideya və təkliflərlə çıxış edirlər. Ancaq görünən ondan ibarətdir ki, bu halda belə nəticə əldə etmək mümkün deyil. Yəni dənizdə batan gəmini xilas etmək mümkün olmadığı kimi siyasi bataqlığın içində çabalayıb, zibilliyə atılmaq ərəfəsində olan siyasət dəllallarını da məhv olmaqdan xilas etmək mümkünsüzdür. O düzdür ki, populist çıxışlarla, şirnikləndirici vədlərlə diqqət mərkəzinə çevrilib, müvəqqəti olaraq reytinq qazanmaq olar. Lakin bir qədər sonra hər şey aşkarlanır və bu zaman həmin siyasi dəllal yüksəklikdən yuvalanıb ayaqlar altına düşür. Misal olaraq Azərbaycanın dağıdıcı müxalif ünsürlərinin fəaliyyətini göstərmək olar. Uzun illərdir ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər, Arif Hacılı və digərləri yalan vədləri, populist çıxışları ilə cəmiyyətin diqqətini özlərinə cəlb etməyə və siyasi imic qazanmağa çalışıblar. Lakin onlar arzu etdikləri xəyallarını gerçəkləşdirə bilmirlər. Çünki cəmiyyət siyasi cəhətdən kifayət qədər yetkindir və nəyin yaxşı, nəyin pis olduğunu gözəl anlayır. Bu baxımdan dağıdıcı boşboğazların söylədikləri əhəmiyyətsiz fikir olaraq dəyərləndirilib, rədd edilir.

Dağıdıcı müxalifət siyasi dəllallar olaraq tanınırlar

Bu gün diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bəzi özlərinə hörmət etmək istəyən siyasi partiya üzvləri və ya funksionerləri ictimai rəyin rəğbətini qazana bilmədikləri üçün istefa vermək məcburiyyətində qalırlar. Belə vəziyyətin daha çox AXCP-də hökm sürdüyü müşahidə edilir. Oktay Həsənovun, Aydın Əliyevin, Mahir Xuduyevin ardılca AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli Ə.Kərimlinin yanlış, səhv siyasət aparmasına etiraz əlaməti olaraq partiyadan istefa veriblər. A.Yusifli açıq mətnlər bildirib ki, AXCP-də sərbəst fəaliyyət göstərmək və müstəqil fikir bildirmək imkanlarından məhrum edilib. O istefa ərizəsində AXCP-nin parlament seçkilərini “boykot” qərarının yanlış olduğunu və Ə.Kərimli bu qərarı verməklə cəbhəçilərə açıq şəkildə hörmətsizlik nümayiş etdirdiyini qeyd edib.

Sözügedən fəal cəbhəçilərin Ə.Kərimlinin partiyada qurduğu diktatura idarəetməsinə etiraz əlaməti olaraq istefa vermələri təsdiq edir ki, AXCP-də qarşıdurmalar yaşanır. Ə.Kərimli partiyanın əsas çoxluğuna qarşı çıxması daxili durumu daha da ağırlaşdırır. Vəziyyəti öz xeyrinə dəyişmək üçün Ə.Kərimli müxtəlif şoular, məzhəkələr qursa da nəticəsi olmayır. Çünki AXCP-nin cəmiyyətdə özünə qarşı formalaşdırdığı mənfi imicdən narahat olan fəal cəbhəçilər problemlərin aradan qaldırılmasında əsas maneənin Ə.Kərimli olduğunu anlayır və onun istefasına nail olmaq istəyirlər. Düzdür, Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseynli kimi trollar Ə.Kərimlinin sədrlikdə qalmasında maraqlıdılar. Səbəb də onların Ə.Kərimli vasitəsi ilə böyük qrantlar almasıdır. Məhz qarant almaq xatirinə sosial şəbəkələr üzərindən Ə.Kərimlinin təbliğatını aparır, onun haqqında bərbəzəkli tərifli statuslar paylaşırlar. Verilən məlumatlara görə, Ə.Kərimlinin yalançı təbliğatının aparılması üçün yüzlərlə saxta səhifələr yar adırlar. Bununla bağlı zaman-zaman AXCP-ni tərk etmiş funksionerləri də müvafiq faktlar və sübutlarla çıxış etmişlər.

Tofiq Yaqublunun məhkəməsində yaşananlar Əli Kərimliyə dərs olmalıdır

Əli Kərimli özünün ləkəli olan imicini təmizləmək və narazı cəbhəçilərin gözündə yüksəlmək üçün tez-tez həbs edilən müxtəlif şəxslərin, qaçaqmalçılıq yolu ilə ölkəyə pul gətirməkdə, vergidən yayınmaqda və digər konkret cinayət əməlində ittiham edilərək, həbs edilən və məhkəmələri keçirilən şəxslərin məhkəmə proseslərində iştirak edir. Bir qayda olaraq da prosesdən çıxdıqdan sonra onu çöldə hazır vəziyyətdə gözləyən müxtəlif maraqlı dairələrə xidmət edən blogerlərin, saytların əməkdaşlarının önündə şər və böhtanlardan ibarət fikirlər səsləndirir. Belə şou xarakterli açıqlamlar “Toplum” TV, “Abzas Media”, “Fakt Yoxla”, “lll Respublika Platforması” və digər bu kimi Qərb fondlarından maliyyələşdiyi istintaq orqanları tərəfindən sübuta yetirilən şəxslərin məhkəmə proseslərindən sonra yaşanır. Milli Şura və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsində iştirak edən Ə.Kərimli jurnalist dostlarına dezinformasiya xarakterli məlumatlar çatdırır. Bildirir ki, guya T.Yaqublunun həbsi qanunsuzdur. Məlum olduğu kimi, Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin “dələduzluq” və “sənədləri saxtalaşdırma və istifadə etmə” üzrə müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq orqanlarının sübut və dəlilərində əks olunan məlumatlarda qeyd edilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib. Geniş və əhatəli məhkəmə prosesindən sonra dövlət ittihamçısı Tofiq Yaqubluya ciddi rejimli cəzaçəkmə müəssisəsində 10 azadlıqdan məhrumetmə cəzası istəyib.

Ortada şahid ifadələri və zərərçəkən olduğu halda hansı qanunsuz həbsdən söhbət gedə bilər? Ə.Kərimli özünü hüquqşünas hesab edir. Təbii ki, əgər hüquqi bilgilərə və anlayışlara malikdirsə, o zaman bilməlidir ki, qanundankənar hər bir hərəkətə hüquqi qiymət verilir. Bu vəziyyət istənilən demokratik dövlətlərdə, o cümlədən də Azərbaycanda mövcuddur. Ona görə də, heç kim xüsusi imtiyaza malik deyil və hər kəs qanun qarşısında bərabərhüquqludur. Bunu Ə.Kərimli və cinayətə meyilli şəxslər birdəfəlik qulaqlarında sırğa etsələr daha yaxşı olardı.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri