Icma.az
close
up
RU
“Əli Kərimlinin hay küyünün kökü siyasi taktika və informasiya idarəçiliyinə dayanır” ŞƏRH EDİLDİ

“Əli Kərimlinin hay küyünün kökü siyasi taktika və informasiya idarəçiliyinə dayanır” ŞƏRH EDİLDİ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Əli Kərimli və onun ətrafının son günlərdə göstərdiyi emosional reaksiyalar, hay-küy yaratmağa cəhd etməsi və baş verənləri tam şəkildə inkar etməsi Azərbaycan siyasi mühitinin klassik müxalifət strategiyalarından biri kimi qiymətləndirilə bilər. Bu davranış təkcə konkret situasiyadan qaynaqlanmır, həm də uzun illər formalaşmış siyasi yanaşmanın davamıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.Onun sözlərinə görə, Əli Kərimli öz siyasi xəttini həmişə “sabit tənqid mövqeyi” üzərində qurub: "Onun üçün əsas siyasi taktika cəmiyyətdə hakimiyyətə qarşı narazılıq ovqatı yaratmaqdır. Hər hansı hadisə baş verəndə bunu qərəzli münasibət, təzyiq və ya ədalətsizlik kontekstində təqdim etmək uzun müddətdir ki, onun siyasi kommunikasiya stilinin bir hissəsidir. Bu yanaşma tərəfdarlarını səfərbər saxlamaq, öz elektorat avtoritetini qorumaq üçün istifadə olunan alətdir. İnkar strategiyasının seçilməsi əsasən imic məsələsi ilə bağlıdır. Əgər konkret iddialar və ya tənqidlər qəbul olunarsa, bu, siyasi liderin öz tərəfdarları qarşısında zəif görünməsi kimi qavranıla bilər. Buna görə Kərimli və onun komandası çox zaman situasiyanı tam şəkildə rədd etməyi, məsuliyyəti hakimiyyətin “qərəzli münasibət göstərməsi” kimi təqdim etməyi üstün tutur. Bu, məsuliyyəti öz üzərindən tam şəkildə uzaqlaşdıran klassik siyasi müdafiə mexanizmidir. Bu tip ritorika bütün müxalif hərəkatlarda geniş yayılmış mexanizmdir. Siyasi proseslərdə zəif təsir imkanlarına malik olan qruplar üçün ən effektiv üsul informasiya gündəmini dəyişmək, özlərini “sistemli təzyiqə məruz qalan tərəf” kimi təqdim etməkdir. Bu, həm beynəlxalq auditoriyaya mesaj vermək, həm də daxili tərəfdar kütləsini motivasiyada saxlamaq üçün istifadə edilir.Nəhayət, hakimiyyətin onlara qarşı qərəzli mövqe nümayiş etdirdiyi iddiası daha çox siyasi diskursun bir elementidir. Real situasiyalar çox vaxt daha kompleks olur: burada həm siyasi rəqabət, həm kommunikasiya savaşları, həm də tərəflərin öz mövqelərini müəyyən auditoriyalar qarşısında gücləndirmək cəhdləri rol oynayır. Lakin Kərimli tərəfinin bu iddiaları gündəmə gətirməsi onların planlaşdırılmış kommunikasiya strategiyasının tərkib hissəsi kimi çıxış edir. Beləliklə, hazırkı hay-küyün kökü konkret faktlardan daha çox siyasi taktika, informasiya idarəçiliyi və tərəfdarlarının gözləntilərinə uyğun davranış modeli ilə bağlıdır".

Müəllif: Ziya Hikmətoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri