Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Əli Kərimlinin növbəti saxtakarlığı belə ifşa edildi

Əli Kərimlinin növbəti saxtakarlığı belə ifşa edildi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iddia edib ki, Azərbaycana xarici investisiya qoyuluşu kəskin azalır, ancaq bunun əvəzində Hökumət ölkənin kapital ehtiyatlarını xarici dövlətlərin iqtisadiyyatına yönəldir.

“Qafqazinfo” “Faktyoxla”ya istinadla xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

“Bu ilin 9 ayında Azərbaycanın qeyri-neft sektoruna cəmi 440 milyon dollarlıq (746 milyon manat) xarici sərmayə qoyulub. Ancaq Azərbaycan hakimiyyəti bundan təqribən yeddi dəfə artıq vəsaiti təkcə İtaliya iqtisadiyyatına bir dəfəyə investisiya edib. Əmək qabiliyyətli əhalinin üçdə ikisinin işsiz olduğu Azərbaycanın dövlət orqanlarının xarici ölkələrə cəmi yatırımları isə 10 milyardlarla dollarlarla hesablanır”, – deyə paylaşımda qeyd olunub.

“Faktyox”la Ə.Kərimlinin iddialarını araşdırıb.

İlk növbədə, Kərimlinin Azərbaycan iqtisadiyyatına və ya qeyri-neft sektoruna 9 ayda cəmi 440 milyon dollar dəyərində investisiya qoyulması barədə iddiasını diqqət edək.

Sərmayə qoyuluşları barədə dinamika əsasən, Mərkəzi Bank (MB) tərəfindən açıqlanan “Pul siyasəti icmalı”nda öz əksini tapır. MB 9 aylıq göstəriciləri hələ açıqlamadığından hələlik əlimizdə olan altı aylıq göstəricilər əsasında analiz aparaq.

MB-nın Statistika departamentinin rəhbəri tərəfindən açıqlanan məlumata əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 3,2 milyard dollar təşkil edib. Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr - Böyük Britaniya (806 milyon dollar), Türkiyə (629 milyon dollar), Kipr (353 milyon dollar), İsveçrə (226 milyon dollar) və İran (176 milyon dollar) olub. Azertag

Yəni Əli Kərimlinin iddia etdiyi kimi Azərbaycana xarici sərmayə qoyuluşları 440 milyon dollar deyil, təkcə 6 ayda qeydə alınan göstərici iddia olunan rəqəmdən 7,1 dəfə çox olub. Sərmayə qoyuluşunun aylıq həcmini dəqiqləşdirdikdə belə (3,2:6=534) bir aya 534 milyon dollar kapital qoyuluşu düşür ki, bu da Kərimlinin manipulyasiya və saxtakarlıq edərək səsləndirdiyi və hələ açıqlanmayan “9 aylıq rəqəmdən” də böyükdür.

Əgər bir aylıq sərmayənin 9 aylıq həcmini nəzərə alsaq və ya proqnozlaşdırsaq, həmin göstərici (534X9=4.806 ) 4,8 milyard dollardan çox olar. Bu halda Azərbaycana 9 ayda yatırılmış xarici sərmayənin məbləği Kərimlinin mənbəyi göstərilmədən səsləndirdiyi saxta rəqəmdən (440 milyondan) 11 dəfə böyük rəqəm alındığını görürük.   

Əli Kərimlinin Azərbaycan tərəfdən İtaliyanın iqtisadiyyatına 440 milyon dollardan 7 dəfə artıq, yəni 3,1 milyard dollara yaxın investisiya qoyması barədə fikirləri də cəfəngiyyatdır.

Birincisi, Azərbaycan 2025-ci ilin birinci yarısında xarici ölkələrdə mövcud olan biznes layihələrinə yatırımların həcmi 1 milyard 349 milyon dollar olub. Apa/finance/

Həmin investisiya portfelində üstünlük təşkil edən dövlətlər Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İsrail və ABŞ-dir. İtaliya ilk beşlikdə yer almır və ən az sərmayə qoyulan dövlətlər sırasındadır. Yəni Azərbaycan tərəfdən İtaliyaya 3,1 milyard dollara yaxın investisiya qoyulması barədə Kərimlinin iddiası tamamilə saxtadır.

Azərbaycanın xaricə cəmi yatırımları 1,3 milyard olduğu halda Kərimlinin  yalnız İtaliyaya yönəlmiş sərmayənin 3.1 milyard olması haqda saxta iddiası bu şəxsin hansısa faktı dəqiqləşdirmədən daim yalanlara sığındığına və qeyri-ciddiliyinə dəlalət edir.

Onu da qeyd edək ki, əslində Azərbaycan İtaliyaya yox, İtaliya Azərbaycana daha çox investisiya edən dövlətdir. Təkcə 2024-cü ildə İtaliyanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 6,8 milyard  dollar təşkil edib. Bu göstərici, hədsiz dərəcədə böyük olmaqla, əvvəlki ilin rəqəmini 7,9 dəfə artımla üstələyir.

AXCP sədrinin son illərdə Azərbaycan tərəfindən xarici dövlətlərə 10 milyard dollarla sərmayə qoyulması və ölkədən çıxan xarici kapitalın daxil olan kapitaldan çox olması barədə fikirlər də manipulyasiya və növbəti böhtandır.  

Əvvəla, Azərbaycanın xarici ölkələrə yatırdığı cəmi sərmayələrin həcmi son 25 ildə (2000‒2024-cü illər) 2000‒2024-cü illər ərzində cəlb olunan birbaşa xarici investisiyaların həcmi təxminən 29 milyard dollar olub. Report

İkincisi, xarici dövlətlərin təkcə 2002‒2022-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi 154, 1 milyard dollar təşkil edib. 4sim.gov.az

Yeri gəlmişkən, 2004‒2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına toplam 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, onun 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Göründüyü kimi Azərbaycana yatırılan xarici sərmayələrin həcmi ölkədən kənara yatırılan investisyaların həcmindən 6 dəfədən də çoxdur. Bu statistika Ə.Kərimlinin növbəti yalanını ifşa edir.

Beləliklə,

- Əli Kərimlinin Azərbaycana xarici investisiya qoyuluşunun 440 milyon dollar olması barədə fikri həqiqəti əks etdirmir;

- Onun Azərbaycan tərəfindən İtaliya iqtisadiyyatına yeddi dəfə çox investisiya yatırması haqda iddiası da saxtadır. İtaliya Azərbaycanın yatırım etdiyi ölkələrin ilk beşliyində yoxdur. Əksinə, Azərbaycan İtaliyaya yox, İtaliya Azərbaycana daha çox investisiya qoyan dövlətdir;

- Xaricə qoyulan sərmayələrin ölkəyə cəlb edilənlərdən çox olması iddiası da yalandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri