Əli Məsimli: Ən çox çatışmazlıq büdcə qanunvericiliyi və satınalmalarla bağlıdır
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aparılan auditlər göstərir ki, Azərbaycanda ən çox çatışmazlıq dövlət büdcəsi qanunvericiliyi və dövlət satınalmaları ilə bağlıdır.
Bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, neft qiymətlərinin aşağı düşməsi fonunda hesabatlılığının artırılması lazımdır.
"Satınalmalarla bağlı qanun qəbul edilsə də, onun reallaşdırılması yetərli səviyyədə olmadığına görə bu sahədə çatışmazlıqlar kifayət qədərdir”, - deputat vurğulayıb.
Onun sözlərinə görə, hazırda qəzalı vəziyyətdə olan binaların və evlərin söküntüsü, onların yerinə yenilərinin tikintisi həyata keçirilir: “Bu məqsədlə dövlət vəsaitindən də istifadə olunacaq. Odur ki, qənaətli istifadə üçün qabaqlayıcı tədbirlər görülməlidir”.
Bundan başqa, deputat deyib ki, hazrda özəl şirkətlərin inşa etdiyi evlərin qiymətləri orta statistik Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinə uyğun deyil: “Bu mənzil təminatına təsir edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















