Icma.az
close
up
RU
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub

Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Saatlıda xəstəxananın vəzifəli şəxsləri ilə əlaqəsi olduğunu bildirərək əlillik dərəcəsi, əlilliyə görə əmək təqaüdü, sağlamlıq imkanları məhdudluğuna görə müavinət təyin etdirəcəyinə dair vədlər verib nüfuz alverində təqsirləndirilən İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, Saatlı Rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, üç il müddətinə azadlıqdan məhrum edilib. İlqar Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, İlqar Məmmədov vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədi ilə zərərçəkənlərdən pul alaraq nüfuz alveri edib.

İttihamda qeyd olunub ki, o, müxtəlif xəstəlikdən əziyyət çəkən, eləcə də fiziki qüsurlu şəxslərə, onların yaxınlarına Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının vəzifəli şəxsləri ilə aralarında tanışlıq olduğunu bildirib. Həmin şəxslər vasitəsi ilə onlara əlillik dərəcəsi, əlilliyə görə əmək təqaüdü, sağlamlıq imkanları məhdudluğuna görə müavinət təyin etdirəcəyini, habelə müddəti başa çatmış əlillik və sağlamlıq imkanları məhdudluğunu bərpa etdirə biləcəyini vəd verərək zərərçəkənlərdən külli miqdarda pul almaqda ittiham olunub.

İlqar Məmmədov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirli bilinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri