Əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı layihənin icrasına başlanılıb
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsinin icrasına başlayıb.
Layihə rəhbəri Xədicə Mikayılova QHT.az-a bildib ki, layhənin əsas məqsədi əlilliyi olan şəxslərin sosial durumlarının, hüquqlarının qavranılması səviyyəsinin yüksəldilməsi, bunun üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi, onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarını artırmaqdır.
Layihə Bərdə, Ağdam, Tərtər, Yardımlı rayonlarında həyata keçiriləck. Statistik məlumatlara əsasən bu rayonlarda da əlilliyi olan şəxslər çoxdur.
Layihənin icra müddəti 3 ay olaraq nəzərdə tutulub ( 01.08.2025 – 31.10.2025).
Layihənin benefisialar qrupu regionlardakı əlilliyi olan, işləmək qabiliyyəti olmayan insanlardır.
Layihə benifisiarlarının yaş qrupları nəzərə alınmaqla və aşağdakı kriteriyalarla müəyyən ediləcək:
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri: Doğuşdan sağlamlıq imkanları məhdud olan şəxslər: Peşə fəaliyyəti zamanı əlil olan şəxslər.Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















