Əlilliyi olan uşaqlar kitabxanalara ekskursiyalara aparılıblar
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 24 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov və Sabunçu Sosial Xidmət mərkəzlərində sosial reabilitasiya proqramına cəlb edilən əlilliyi olan uşaqların kitabxanalara ekskursiyaları keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ekskursiyanın keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, onlarda mütaliə mədəniyyətini formalaşdırmaq və kitaba marağı artırmaqdan ibarətdir.
Nərimanov Sosial Xidmət Mərkəzinin benefisiarları Bakı Kitab Mərkəzini, Sabunçu Sosial Xidmət Mərkəzinin benefisiarları isə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət ediblər. Ekskursiyalar çərçivəsində uşaqlar kitabxanaların fəaliyyəti və uşaq ədəbiyyatı nümunələri ilə yaxından tanış olublar.
Tədbirlər çərçivəsində təşkil olunan “Nağıl saatı” zamanı Sosial Xidmət mərkəzlərinin mütəxəssisləri və uşaq yazıçısı Gülzar İbrahimova uşaqlara nağıllar oxuyub, onlara kitablar hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Fevral 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















