Icma.az
close
up
RU
QARABAĞDA İŞ İMKANLARI... Məşğulluq problemi necə həll olunacaq?

QARABAĞDA İŞ İMKANLARI... Məşğulluq problemi necə həll olunacaq?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İşğaldan azad edilən ərazilərdə "Böyük Qayıdış" prosesi davam etdikcə doğma yurdlarına qayıdan sakinlərin məşğulluq məsələsi də aktuallaşır. Yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin həyata keçirilməsi və müəssisələrin fəaliyyətə başlaması müəyyən iş imkanları yaratsa da, bunun qayıdan əhalinin tələbatını nə dərəcədə qarşıladığı sual doğurur. Xüsusilə əmək qabiliyyətli sakinlərin daimi işlə təmin olunması, özəl sektorun bölgəyə cəlb edilməsi və kənd təsərrüfatı ilə digər iqtisadi sahələrin inkişafı mühüm əhəmiyyət daşıyır. 

Bəs işğaldan azad edilən ərazilərdə yaradılan yeni iş yerləri qayıdan sakinlərin məşğulluğu üçün kifayət edirmi? Bölgədə dayanıqlı məşğulluğu təmin etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Böyük Qayıdış prosesi geniş miqyasda və sürətlə həyata keçirilir. Demək olar ki, bütün rayon və şəhərlərə əhalinin köçürülməsi davam edir: "Xüsusilə, Ağdam şəhərində ciddi canlanma müşahidə olunur; insanların doğma yurdlarına qayıdışı sürətləndikcə şəhərin əvvəlki həyatı və ab-havası da yenidən bərpa edilir. Son günlərdə keçirilən Ağdam Şəhər Günü bir daha göstərdi ki, şəhərdə əhalinin sayı artıb, sakinlər yüksək əhval-ruhiyyədədirlər və öz gündəlik işləri ilə məşğuldurlar. Eyni canlanma prosesi Füzulidə, Kəlbəcərdə və azad edilən digər bölgələrdə də gedir. İnsanlar köçür, məskunlaşır, öz həyatlarını və təsərrüfatlarını qururlar. Hazırkı mərhələdə ən vacib məsələlərdən biri qayıdan əhalinin işlə təmin olunmasıdır. Bu sahədə həm obyektiv, həm də subyektiv amillərin təsiri ilə müəyyən çətinliklər yaşanır. Obyektiv çətinlik ondan ibarətdir ki, köçürülən əhalinin sayına tam uyğun və bərabər şəkildə qısa zamanda iş yerlərinin yaradılması mürəkkəb prosesdir. Subyektiv tərəf isə yerlərdə çalışan bəzi məmurların öz vəzifə borclarına kifayət qədər vicdanla yanaşmaması ilə bağlıdır. Belə ki, məmurların müəyyən hissəsi insanların müraciətlərinə vaxtında cavab vermir, kiçik də olsa iş sahələrinin və təsərrüfatların qurulmasına lazımi şərait yaratmır, sakinləri müvafiq sahələr üzrə fəaliyyətə cəlb etmirlər. Bununla belə, müsbət təcrübələr də mövcuddur. Məsələn, Ağdam rayonunda özəl sektorun inkişafına ciddi dəstək göstərilir; müraciət edən vətəndaşlar dərhal diqqətə alınır, onlara müvafiq yerlər ayrılır və hər kəs öz sahəsi üzrə istehsal və ya xidmət obyektləri yaradaraq tədricən iqtisadi dövriyyəsini formalaşdırır. Bununla yanaşı, bölgədə 200-500 nəfərin çalışa biləcəyi iri müəssisələrin yaradılmasına da ciddi diqqət yetirilməlidir və bu istiqamətdə müvafiq işlər aparılır".

Ekspertin sözlərinə görə, mövcud çətinliklərin aradan qaldırılması üçün ilk növbədə məmurlar öz səlahiyyətlərinə və vəzifələrinə diqqətlə yanaşmalıdırlar: "Eyni zamanda vətəndaşlar da iş yerləri ilə bağlı tələblərini irəli sürərkən və öz işlərini qurarkən düzgün, qanuni yollarla hərəkət etməlidirlər. Məmur məsuliyyəti ilə vətəndaşların qanun çərçivəsindəki təşəbbüskarlığı qarşılıqlı şəkildə uzlaşdıqda, bölgədəki məşğulluq məsələləri tədricən öz həllini tapacaq".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri