Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Əlimirzamin Əskərov “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forumda çıxış etdi FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Əlimirzamin Əskərov “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forumda çıxış etdi FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

26-28 noyabr 2024-cü il tarixlərində Tacikistanın Düşənbə şəhərində  "SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir.

AZXEBER.COM xəbər verir ki, 26 noyabrda keçirilən açılış mərasimində, SPECA-nın (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) hazırkı sədri, Tacikistan Respublikası iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda açılış nitqi ilə çıxış edib.

Forumun birinci sessiyası "SPECA regionunda yaşıl inkişaf üzrə yüksək səviyyəli siyasət dialoqu”na həsr olunub.

Forumda çıxış edən Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov tədbir iştirakçılarını salamlamış və tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan tərəfinə təşəkkürünü bildirib.

Səfir çıxışında, bu forumun region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, davamlı və yaşıl gələcək üçün yeni təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində mühüm addım rolunu oynadığını, iqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi və davamlı iqtisadi artım modellərinə keçidin təcili zərurəti kimi hazırda üzləşdiyimiz qlobal çağırışlar nəzərə alınmaqla "SPECA Regionunda Yaşıl İnkişaf" mövzusunun uyğun zamanda müzakirə edildiyini qeyd etmişdir.

Səfir həmçinin, bu keçidə nail olmaq üçün təkcə enerji sistemlərinin transformasiyasını deyil, həm də resursların davamlılığı, ekosistemin qorunması və "yaşıl” sektorlarda yeni məşğulluq imkanlarının yaradılması üçün innovativ strategiyaların qəbulunun tələb olunduğunu, qlobal cəbhədə iqlim dəyişikliyinin təsirləri ilə yanaşı, iqtisadi və siyasi qeyri-sabitliklə mübarizə apardığımızı və bunların hər birinin yeni həllər və innovativ yanaşmalar tələb etdiyini bildirib.

Bu sahədə öz məsuliyyətini dərk edən Azərbaycanın enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirdiyi, Azərbaycanın təşəbbüsü ilə strateji yaşıl maliyyələşdirmə proqramlarında iştirak etdiyi vurğulanmışdır.

Noyabrın 14-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - COP29 çərçivəsində SPECA-nın Nazirlər Toplantısında nəinki SPECA İqlim və İnnovasiya Dialoqunu təsis edilməsi, həm də bu transformativ Fondun fəaliyyətə başlamasının rəsmi olaraq elan edildiyini qeyd etmişdir.

UNECE, ESCAP və SPECA iştirakçı dövlətləri tərəfindən yaradılmış SPECA Çoxtərəfli Etimad Fondunun COP29-da işə salınmasının Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrə uyğunlaşdırılaraq regional iqlim təşəbbüslərinin icra edilə bilən layihələrə çevrilməsində mühüm addım olduğunu bildirən səfir, SPECA İqlim-Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsinin imzalandığı COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının SPECA regionundan Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasının da keçirildiyini, dəyirmi masanın məqsədinin şəhər iqlimi ilə bağlı ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoqa, innovativ yanaşmaya və maliyyə həllərinin tətbiqinə nail olmağa yönəldiyini söyləyib.

Səfir qeyd etmişdir ki, SPECA regionu yaşıl inkişaf sahəsində inteqrasiya olunmuş və qarşılıqlı faydalı həllərin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Səylərin birləşdirilməsi ilə təbii ehtiyatlardan səmərəli istifadəni təmin edə, karbon emissiyalarını azalda və ekoloji problemlər qarşısında iqtisadiyyatların dayanıqlığını artıra biləcəyi, SPECA-nın iştirakçı dövlətləri ilə yaşıl inkişaf sahəsində əməkdaşlığın, təcrübə mübadiləsi və ən yaxşı təcrübələrin tətbiqi dinamik və davamlı regionun yaradılmasında əsas amilə çevrilə bilər. Azərbaycan ümumi məqsədlərə nail olmaq üçün öz təcrübəsini və resurslarını təklif edərək bu proseslərdə fəal rol oynamağa davam etməyə hazırdır.

Səfir çıxışın sonunda bütün iştirakçılara forumda uğurlu təcrübə arzulamış, əməkdaşlığın nəticələrinin region və bütövlükdə dünya üçün davamlı və ekoloji cəhətdən təhlükəsiz gələcək yaradılmasına mühüm töhfə verəcəyini qeyd etmişdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri