Elit müğənnilərlə çalışan bəstəkarla bağlı TƏBİB dən AÇIQLAMA
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Redaksiyamıza Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nadir Əzimovun səhhətində problem yarandığı və bu səbəbdən Yeni Klinikaya müraciət etdiyi barədə məlumat daxil olub.
Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Nadir Əzimovun dövlət tibb müəssisəsinə son müraciəti 17 iyul 2026-cı il tarixində qeydə alınıb.
Qurumun məlumatına görə, bəstəkar həmin gün Yeni Klinikaya yalnız MRT müayinəsi üçün müraciət edib, müayinədən keçdikdən sonra tibb müəssisəsini tərk edib.
Xatırladaq ki, Nadir Əzimovun mahnılarını Xalq artistləri Eyyub Yaqubov, Mübariz Tağıyev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Zaur Rzayev ifa edib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 İyul 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















