“Əliyev və Paşinyanın iradəsini dəstəkləyirik” Ərdoğan
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Cənubi Qafqaza baxışımız son dərəcə aydındır. Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı bəyan edib.
Türkiyə dövlət başçısı regiondakı sülh prosesini dəstəklədiklərini xüsusi vurğulayıb:
“Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik. Ermənistanla davam etdirdiyimiz normallaşma prosesini də qətiyyətlə irəlilədirik”.
Ərdoğan çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) artan nüfuzuna da diqqət çəkib:
“Məmnuniyyətlə bildirmək istərdim ki, Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənən nümunəvi regional əməkdaşlıq modelinə çevrilib. Oktyabrın 30-da Ankarada keçiriləcək 13-cü Liderlər Zirvəsi təşkilatın önündə yeni qapılar, yeni üfüqlər açacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 23 Sentyabr 2026 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















