Icma.az
close
up
RU
Əllərin dərisinə qulluq edilməsi

Əllərin dərisinə qulluq edilməsi

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz.

Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qoruyun! Soyuq havada mütləq əlcək geyin. Həmçinin, istənilən ev işlərini görərkən isti su və yuyucu vasitələrdən istifadə edirsinizsə, mütləq rezin əlcək geyinmək lazımdır. Əlcəklər yüksək keyfiyyətli və ölçüsü isə sizə tam şəkildə uyğun olmalıdır.

Əlcəkləri geyməzdən əvvəl əllərinizi yaxşıca yuyun, qurudun və üzərinə talk (“prisıpka”) səpin. İşinizi bitirdikdən sonra əlcəklərin içəri və bayır tərəflərini yaxşıca yuyun və qurudun. Əllərinizi ilıq su ilə yuyun, qurudun və onlara qidalandırıcı krem vurun. Əlcəklərdən çox istifadə etmək də olmaz, əllər uzun müddət əlcəkdə qaldıqda onların dərisi korlanır.

Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək - təmizləmək, qidalandırmaq və nəmləndirmək - lazımdır. Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır.

Əllərin dərisinin qidalandırılması və nəmləndirilməsində xüsusi əl kremlərindən istifadə olunur. Bu kremlərdən hər dəfə əlləri yuduqdan sonra və mütləq gecə yatmamışdan qabaq istifadə etmək lazımdır. Kremi əl dərisinə əlcəyin geyinməsini xatırladan hərəkətlərlə çəkirlər. Əvvəlcə barmaqların ucundan onların əsasına doğru, sonra ovucun başlanğıcından sonuna doğru vurulur. Vaxtaşırı əllərin dərisini vanna və maskalarla “əzizləmək” lazımdır.

Əllər üçün vannalar

- Bərabər miqdarda olmaqla çobanyastığı, dazıotu, adaçayı, kalendula, bağayarpağı otlarını qarışdırın. Bu qarışıqdan 4-5 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin, 10-15 dəqiqə vam odda saxlayın. Əllərinizi ilıq şəkildə olan bu dəmləmənin içərisində 10 dəqiqə saxlayın və bundan dərhal sonra (hələ ki, nəm olan dəriyə) əl üçün yağlı qidalandırıcı krem sürtün.

- 1 xörək qaşığı nişastanın üzərinə ½ litr ilıq su və 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın. Əlləri 10 dəqiqə vannada saxlayın, sonra salfetlə qurudub, su ilə yaxalamadan əllərinizə qidalandırıcı krem çəkin.

- Əllərin həddən artıq tərləməsi zamanı palıd qabığından hazırlanan dəmləmə yaxşı kömək edir. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su əlavə edib 15 dəqiqə vam odda qaynadırlar, sonra süzürlər. İlıq halda olan dəmləmədə əlləri 10 dəqiqə saxlayır, sonra yaxşıca qurudurlar. Əllərin tərləməsinin qarşısını almaq üçün boymadərən və adaçayı dəmləmələri də məsləhət görülür (hər otdan 1 xörək qaşığı + 1/2 litr qaynar su).

Əllər üçün maskalar

- Əgər əllərin dərisi kobud, quru və çatlamışdırsa, onda yağlı bürünmələr kömək edə bilər. Əlləri ilıq su ilə yuyur, onları qızdırılmış zeytun yağında isladılmış salfetlə bükür və əlcək geyirlər. Əlcəklər pambıq və ya yundan ola bilər (sintetik olmamalıdır). 1 saatdan sonra salfetləri açır, yağın qalıqlarını dəriyə sürtürlər, sonra əlləri yumşaq kağız salfetlə silirlər. Bu proseduradan sonra əlləri yumaq lazım deyil.

- Əllərinizin dərisini yumşaq və elastik etmək istəyirsinizsə, onlara yatmamışdan qabaq 1 yumurta sarısı və 1 xörək qaşığı baldan hazırlanan qarışıq sürtün.

- Orta ölçülü 2 qaynadılmış kartofu əzib qatı horra alınana qədər ilıq südlə qarışdırın. Əllərinizə bitki yağı vurub alınmış pürenin içərisinə salın. 10 dəqiqədən sonra əllərinizi ilıq su ilə yuyun, sonra qidalandırıcı krem vurun.

- Çiy yumurta sarısı, 1 xörək qaşığı çaytikanı yağı, 1 xörək qaşığı bal və 1 limonun şirəsini qarışdırın. Alınmış qarışığı qalın qatla əllərinizə vurun və pambıq parçadan əlcək geyin. 1 saatdan sonra əllərinizi ilıq su ilə yaxalayın və qidalandırıcı krem vurun.

Kosmetik salonlar əllər üçün parafin maskalar, həmçinin əllərin dərisini cavanlaşdırmaq üçün müxtəlif üsullar təklif edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri