Elm adamları səhər yeməyinin buraxılmasının beyin fəaliyyətinə mənfi təsir etmədiyini açıqlayıblar
Icma.az bildirir, Azpost portalına istinadən.
Populyar inancın əksinə olaraq, səhər yeməyinin buraxılması böyüklərin yaddaşına və diqqət qabiliyyətinə zərər vurmur. AzPost “Psychological Bulletin” jurnalına istinadla xəbər verir ki, Oklend Universitetinin alimləri 71 elmi tədqiqatı əhatə edən geniş təhlil aparıblar və nəticədə qısa müddətli aclığın zehni qabiliyyətlərə təsir etmədiyi məlum olub.
Tədqiqatda ümumilikdə 3 min 500-ə yaxın insanın məlumatları analiz edilib. Aclıq müddəti orta hesabla 12 saat olan iştirakçıların nəticələri normal qidalanan insanlarla müqayisə olunub. Nəticədə reaksiyanın sürəti, yaddaş və qərarvermə qabiliyyəti kimi göstəricilərdə əhəmiyyətli fərq aşkarlanmayıb.
Layihənin rəhbəri, doktor Devid Morrow bildirib ki, “yeməkdən imtina beyin fəaliyyətini zəiflədir” fikrini təsdiqləyən elmi sübut tapılmayıb. Onun sözlərinə görə, qısa müddətli aclıq zamanı beyin keton maddələrindən enerji mənbəyi kimi istifadə edir və bu da orqanizmin bərpa proseslərinə müsbət təsir göstərə bilər.
Alimlər qeyd edirlər ki, bu mexanizm aclığın mənfi təsirlərini azalda, hətta bəzi hallarda beyin fəaliyyətini dəstəkləyə bilər.
Bununla belə, tədqiqat uşaqlarda fərqli nəticə göstərib. Məlum olub ki, məktəbyaşlı uşaqlar səhər yeməyini buraxdıqda diqqət və yaddaş göstəriciləri zəifləyir. Alimlər bunu uşaqlarda enerji balansının daha həssas olması ilə izah edirlər.
Tədqiqatçılar bildiriblər ki, əldə olunan nəticələr yalnız qısamüddətli və fasiləli aclıq hallarına aiddir. Uzunmüddətli kalori məhdudiyyəti və ya xroniki xəstəlikləri olan şəxslər üzərində əlavə araşdırmalara ehtiyac var.
Mütəxəssislər hesab edirlər ki, bu araşdırma böyüklərdə “ac qalanda əsəbiləşmə və diqqətsizlik” kimi yayılmış fikirləri təkzib edir və düzgün yanaşma ilə qısamüddətli aclığın sağlamlıq üçün faydalı ola biləcəyini göstərir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















