Icma.az
close
up
RU
Elman Cəfərli: Ekoloji cəhətdən çirkli “beton şəhər”dən təmiz ekosistemə malik yaşıl şəhərə keçid sürətlənib

Elman Cəfərli: Ekoloji cəhətdən çirkli “beton şəhər”dən təmiz ekosistemə malik yaşıl şəhərə keçid sürətlənib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi özündə mühüm bir mesajı ehtiva edir. Bəllidir ki, Azərbaycan 2020-ci ildə baş vermiş 44 günlük müharibədə və 2023-cü ilin sentyabrında 23 saat davam edən lokal antiterror əməliyyatları ilə öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da, ölkənin böyük bir regionunda şəhər və qəsəbələri, kəndləri xaraba qoymuş erməni separatizminin kökü kəsildi, Ermənistanın dağıdıcı işğalına son qoyuldu. Azərbaycan 5 ildir işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəhəng tikinti-quruculuq, bərpa işləri aparır. “Böyük Qayıdış” Proqramına uyğun olaraq, həyata keçirilən işlər çərçivəsində şəhər və qəsəbələr yenidən qurulur, ekoloji layihələrə əsaslanan “ağıllı kəndlər” salınır. Bu gün 30 ilə yaxın işğal altında qalmış və tamamilə məhv edilmiş Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl özündə qədim ənənələri yaşadan müasir memarlıq üslubunda yenidən salınır. Xankəndi və Şuşa şəhərlərində bərpa-quruculuq işləri milli memarlıq üslubuna uyğun aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

“Böyük Qayıdış” Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsinin, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədlərinin hazırlandığını və quruculuq işlərinə başlanıldığını bildirən Elman Cəfərli fikirlərinə belə davam edib: “Azərbaycan 30 ildən çox bir müddətdə Cənubi Qafqazda sülh və sabitliyi təhdid edən Qarabağ münaqişəsini təkbaşına həll etdi, indi də işğaldan azad olunmuş əraziləri öz gücünə bərpa edir. Ölkəmizin zəngin şəhərsalma və memarlıq ənənələri var. Bu, ölkəmizin yerləşdiyi corğafi mövqe ilə sıx bağlı olub. Azərbaycan xalqı tarixən memarlıq ənənələrini inkişaf etdirib, zəngin tarixi mədəni irs yaradıb. Azərbaycanda yetişmiş memarlar müsəlman Şərqində böyük şöhrət qazanıblar. Tarixin ayrı-ayrı mərhələlərində Azərbaycanda mövcud olmuş dövlətlər şəhər-qalalar, müdafiə istehkamları, dini məbədlər inşa edib. Dünya memarlığının incisi sayılan bu tarixi abidələrin bir çoxu günümüzə qədər çatıb və ciddi dövlət nəzarəti ilə qorunur. Hazırda dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr Azərbaycan milli memarlığının parlaq ənənələrini əks etdirir”.

İctimai Birliyin sədri vurğulayıb ki, bu gün ölkəmizin təkcə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində deyil, Abşeronda və digər bölgələrdə də müasir üslubda şəhərsalma layihələri həyata keçirilir. “Son illər paytaxt Bakıda ekoloji konseptə əsaslanan nəhəng layihələr həyata keçirilib. Paytaxtın bir neçə yerində neftlə çirklənmiş ərazilər təmizlənib, yerində müasir tipli binalardan ibarət yaşayış məntəqələri yaradılıb. Son 15 ildə Abşeronda min hektarlarla ərazidə yaşıllıq sahələri salınıb. Bakının nəqliyyat infrastrukturu yenilənir. Metro stansiyalarının sayı artıb, velosiped zolaqları yaradılıb. İctimai nəqliyyatda mikromobilliyin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır. Şəhərin mərkəzi küçələrində hərəkət insanyönümlü olaraq tənzimlənib. Bir sözlə, ekoloji cəhətdən çirkli “beton şəhər”dən təmiz ekosistemə malik yaşıl şəhərə keçid sürətlənib”, - deyə o diqqətə çatdırıb.

Elman Cəfərli qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli”ndə Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasına ev sahibliyi edəcək. 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edib. “Bu son 34 ildə Cənubi Qafqazda keçirilən ən böyük və qlobal miqyasda çox nüfuzlu toplantı idi. Ölkəmiz həmin tədbiri yüksək səviyyədə təşkil etdi, Bakıda qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə mühüm, tarixi qərarlar qəbul olundu. Ümid edirik ki, buna qədər bir neçə beynəlxalq tədbirlərin təşkilatçısı olmuş ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası yüksək səviyyədə təşkil ediləcək”, - deyə İctimai Birliyin sədri diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri