Icma.az
close
up
RU
“Azəriqaz” əməkdaşları adımdan saxta sənəd hazırlayıb, mənə məxsus olmayan əmlaka görə 120 min manat borc yazıb

“Azəriqaz” əməkdaşları adımdan saxta sənəd hazırlayıb, mənə məxsus olmayan əmlaka görə 120 min manat borc yazıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı sakini Sultanəli Qurbanov şikayətlənir ki, “Azəriqaz” əməkdaşları ona aidiyyəti olmayan əmlaka görə 120 min manatdan çox borc yazıblar. Üstəlik, onun adından saxta sənəd də hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, Sultanəli Qurbanov bu məsələnin araşdırılması, onun adından saxta sənəd tərtib edənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokuror Kamran Əliyevə şikayət məktubu göndərib. Sultanəli Qurbanov bildirir ki, 2010-cu ildə Abşeron rayonunun Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 1 hektar torpağın müvəqqəti istifadə hüquqlarını satın alıb. Eyni zamanda, həmin ərazidə sahibkarlıq məqsədilə əlavə 1.5 hektar torpaq sahəsini 99 illik icarəyə götürüb.

Hər iki torpaq sahəsində istixana, emal, satış, anbar və ofis binaları inşa etdirərək, qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Sözügedən müqavilə üzrə müəyyən edilmiş əmlak kompleksi və torpaq sahəsi 2018-ci ilin oktyabrında Abşeron rayonundakı 2 saylı notariat kontorunda müqavilələr bağlanmaqla, Davralov Tahir Paşa oğluna təhvil verilib.

Həmin müqavilələr Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisindəki 1 hektar və 1.5 hektar torpaq sahələrinin icarə hüquqlarının alqı-satqısı barədə olub.

4 il sonra – 17 oktyabr 2022-ci ildə həmin torpaq sahələrinin icarə hüquqları başqalarına satılıb, bununla bağlı Tahir Davralovla yeni alıcılar arasında notarial qaydada müqavilələr bağlanıb. Bu müqavilələrlə sözügedən torpaq sahələri Nigar Seyidzadə və Nigar İsmayılova adlı şəxslərə satılıb.

Sultanəli Qurbanov bildirir ki, 2018-ci il oktyabrın 3-dən həmin torpaq sahəsi və üzərindəki əmlak kompleksi həm hüquqi, həm də faktiki ona məxsus olmadığı halda, ona 120 min manatdan çox qaz borcu yazılıb. Onun adından borcun etirafı barədə saxta sənəd hazırlanıb.

“Razılaşma protokolu” adlanan həmin sənədə əsasən, onu bir tərəfdən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorun Satış və istismar üzrə müavini Cahid Hüseynov, digər tərəfdən isə Sultanəli Qurbanov imzalayıb. Orada yazılıb ki, tərəflər istehlakçının istifadə etdiyi təbii qaza görə “Azəriqaz” İstehsalat Birliyi qarşısında 120 min 146 manat 60 qəpik məbləğində yaranmış debitor borcunun ödənilməsinə dair razılığa gəliblər.

Protokolun şərtlərinə əsasən, istehlakçı borcun olmasını qəbul edir, ilkin olaraq 40 min manat ödədikdən sonra qalan 80 min 146 manat 60 qəpiyi 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında hər ayın 25-nə qədər 40.073,30 manat olmaqla ödəməyi öhdəsinə götürür.

“2018-ci ildən sonra bu əmlak kompleksi ilə heç bir əlaqəm olmadığı halda, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri adımdan saxta sənədi tərtib ediblər, daha sonra ondan istifadə ediblər”, - deyə şikayətçi Baş Prokurora məktubunda yazıb. O, saxta sənədi hazırlayanlar və ondan istifadə edənlərin Cinayət Məcəlləsinin 320-ci (sənədləri, ştampları, möhürləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə cəzalandırılmasını, prokurorluğun bu məqsədlə araşdırma aparmasını xahiş edib.

Bizimyol.info xəbər portalı vətəndaşın adından saxta sənəd hazırlanması və ona aidiyyəti olmayan əmlaka görə 120 min manat borc yazılması haqda dediklərinə münasibət öyrənmək üçün “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə sorğu göndərib. Lakin o, nə telefon zənginə, nə də sorğuya cavab verib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri