Icma.az
close
up
RU
“Elmar Baxşıyev: Çempionluq sözlə deyil, əməyin nəticəsidir”

“Elmar Baxşıyev: Çempionluq sözlə deyil, əməyin nəticəsidir”

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında 3-cü turun oyunları davam edir. Doğma meydanda “Qəbələ”ni qəbul edən “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

idmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

“Komanda olaraq bilirdik ki, bizi nə gözləyir. “Qəbələ” yaxşı komandadır. Ümumi olaraq ağır oyun idi. Üstünlük bəzən bizdə, bəzən isə onlarda idi”.

– Yeni transfer Coşqun Diniyevin mövqeyində bir çox oyunçularınız var. Bir müddət futboldan kənar qalmasını nəzərə alsaq… Son durumu necədir?

– Coşqun istədiyim futbolçu idi. Onun oyununun komandaya faydalı olacağına inanıram. Uzun müddət futboldan kənar idi. Ancaq özünü toparlayacağını da bilirik.

– Gənc futbolçulara şans verən bir məşqçisiniz. Bu futbolçulardan biri də qolkiper Süleyman Həsənovdur. Onun perspektivi haqda düşüncələriniz?

– 2-ci hissədə 6 yerli futbolçumuz var idi. Bizim komanda adına keyfiyyətli yerli futbolçuların olduğunu deyə bilərəm. Süleymana gəldikdə isə, gənc qapıçıdır. Hazırda Premyer Liqada oynamağa tam hazır olduğunu deyə bilmərik. Amma gələcəyə perspektiv vəd edən qapıçıdır.

– “Omoniya” ilə matçdan sonra bəzi mətbuat orqanlarında sizin komandadan ayrılacağınız haqda məlumatlar yayılmışdı…

– Mən də çalışıram ki, idman mediasını izləyim. Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur. Məni bura rəhbərlik gətirib. Mən burda öz işimi görməyə çalışıram. Təbii ki, qərar onlarındır. Burada olduğum müddətdə üzərimizə nə düşürsə, onu da etməyə çalışırıq. “Omoniya”da fiaskoya uğradıq. Biz də o nəticəni gözləmirdik. Futbolda sığortalı heç nə yoxdur.

– Bəzi klubların rəhbərləri çempionluğa oynadıqlarını açıqlayıblar. Sizin komandanın belə bir məqsədi varmı?

– Mən məşqçiyəm. Bu sualı rəhbərliyə ünvanlasanız daha yaxşı olar. Amma onu da qeyd edim ki, çempionluq sözlə olmur. Çempionluq böyük bir əməyin nəticəsində qazanılan bir uğurdur.

– Ramon Maçadonun son durumu barədə nə deyə bilərsiniz?

– Maçado artıq məşqlərə başlayıb. millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra komandaya qoşulacağını gözləyirik.

( sportal.az )

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 30 Avqust 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see451

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see261

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see257

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see244

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see241

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see240

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see240

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see237

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see236

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see236

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see229

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see224

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see221

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see220

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see218

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see211

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see204

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see199

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see188

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri