Icma.az
close
up
RU
Elmar Məmmədyarov: Sülh sazişindan əvvəl parafraz mətni qəbul etmək olar

Elmar Məmmədyarov: Sülh sazişindan əvvəl parafraz mətni qəbul etmək olar

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Vaşinqton tarixdə bu prosesdə rol almış ölkə kimi qalmaq istəyir


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a deyib ki, Əbu-Dabidə keçiriləcək görüşdə sülh sazişinin imzalanacağına inanmır:

"Çünki ortada bir sıra şərtlər və tələblər var – xüsusilə də Azərbaycan tərəfindən. Məsələn, Ermənistan öz konstitusiyasını dəyişməlidir ki, orada Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialar aradan qaldırılsın. Eyni zamanda, Minsk Qrupunun fəaliyyəti məsələsi də gündəmdədir. Bəlkə də sülh sazişi imzalanmazdan əvvəl bir parafraz formasında razılaşdırılmış mətni qəbul etmək olar. Yəni, ilkin olaraq sənədin mətni razılaşdırılar, sonra isə Ermənistan tərəfi öz konstitusiyasında dəyişiklik edər. Həmçinin ATƏT-ə müraciət olunaraq Minsk qrupunun ləğvi ilə bağlı məsələlər yoluna qoyular. Bunun ardınca isə sülh sazişi imzalanar. Görünür, sabah hansı proseslərin müzakirə olunacağına dair ölkə rəhbərləri arasında görüş keçiriləcək və bəzi məsələlər dəqiqləşdiriləcək. Bir neçə gün əvvəl BƏƏ rəhbərliyi həm Prezident İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb. Yəqin ki, bu zaman BƏƏ tərəfi hər iki ölkə rəhbərinin görüşünü təşkil etmək təklifini irəli sürüb. Necə ki, vaxtilə Qazaxıstan da belə bir vasitəçilik təklifi etmişdi".


Sabiq nazir əlavə edib ki,  ABŞ Dövlət Katibi də bildirib ki, Ermənistan və Azərbaycan sülhə meyllidirlər və sülh sazişinin imzalanmasını gözləyirlər.

"Təbii ki, ABŞ da maraqlıdır ki, bu münaqişə sülh yolu ilə başa çatsın. Vaşinqton tarixdə bu prosesdə rol almış ölkə kimi qalmaq istəyir. Bir neçə həftə əvvəl ABŞ tərəfi təklif etmişdi ki, Zəngəzur dəhlizinin idarəçiliyini onlar həyata keçirsin. Amma bu məsələ ilə bağlı suallar var: Dəhlizin təhlükəsizliyini kim təmin edəcək? 2020-ci il üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən, əgər dəhliz açılsa, onun təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidir. Bu baxımdan, ABŞ-nin iştirakı ilə bu məsələ necə tənzimlənəcək – hələ aydın deyil. Bu, müəyyən risklər və razılaşdırılmalı məqamlar doğurur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri