Icma.az
close
up
RU
Elmdə yerlipərəstlik, nazirin replikası, qocanın qohumbazlığı və... Sabqi deputat yazır

Elmdə yerlipərəstlik, nazirin replikası, qocanın qohumbazlığı və... Sabqi deputat yazır

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev cəmiyyətimizi yenə təəccübləndirdi: "Elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" - deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir".

Nazirin bu fikirlərində həqiqət payı var. Azərbaycanda elmin mənzərəsi necədir?

Təxminən 30 il bundan əvvəl Elmlər Akademiyasının həndəvərində rastlaşanların bir-birinə sualı belə olurdu. “Müdafiə edə bildinmi?” Əlbəttə ki, söhbət fəlsəfə doktoru elmi dərəcəsindən gedirdi. İndi sual belədir: “Doktorluğu müdafiə etdinmi?” Yəni elmlər doktoru dissertasiyası elmi dərəcəsini almaq bu qədər urvatsızlaşıb. İndi gələk səbəb-nəticə əlaqələrinə:

Elmdə qohumbazlıq: Elmdə qohumbazlıq amili Azərbaycan qədər bəlkə dünyanın heç bir ölkəsində yoxdur. AMEA-nın nəzdindəki İqtisadiyyat İnstitutunda bir qoca iqtisadçı var. Bütün qohum-əqrəbası elmlər doktorudur. Yaxud kimya istiqamətli bir institutun direktorunun bütün qohum əqrəbası elmlər dokturudur. Universitetlərdə də analoji vəziyyət hökm sürür.

Elmdə yerlipərəstlik: Elmi tədqiat institutunun direktorları anadan olduğu bölgədən olan adamlara elmi dərəcələr almaq və vəzifə tutmaq üçün bütün şəraiti yaradırlar. Yaxud ötən əsrdən etibarən universitetlərdəki kafedralara diqqət edin. Kafedra müdirləri anadan olduğu rayondan olan alimləri başına toplayırdı. Bu epidemiya indi də var. Mən bir özəl Ali məktəb tanıyıram ki, bütün əməkdaşlar eyni bölgənin adamlarıdır.

Elmdə maddiyyat: Elmlə məşğul olmaq kasıbın işi deyil. Bütün dünyada istedadlar rəğbətləndirilir və dövlət onları qanadının altına alır. Çünki hər bir dövlət üçün inkişafı şərtləndirən əsas göstərici insan kapitalıdır. Orta məktəblərin yuxarı siniflərindən ən istedadlıları tanıyıb onların təhsilinə və elminə dəstək verilməlidir. Onlar maddiyyat ucbatından sönməməlidirlər. Biz onu etmədikcə digər ölkələr onları tapıb əlimizdən alırlar. Fizika üzrə Nobel mükafatı laureatı Əbdüs Salam yazırdı: “Gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər.”

E. Əmrullayev məhsuldarlıqdan danışır. AMEA-nın həqiq və müxbir üzvlərinin bioqrafiyalarına diqqət edin: Orada əsas fəaliyyətlərdən biri kimi yetişdirdirilən alimlərin sayı göstərilir, yəni kəmiyyət faktoru. Və sanki yarış gedir. Təbiət və fundamental elmlər sahəsində bir müasir laboratoriya belə yoxdursa, hansı elmi məhsuldarlıqdan danışmaq olar. Qalır alimlərimizin elmi inkişaf etmiş ölkələrin alimləri ilə müştərək məqalələri. Bu tendensiya ilə də az rastlaşırıq. Dünya humanitar elmlərə fənlərarsı yanaşma tədqiqatı kimi baxır. Bu istiqamətdə də gerilik açıq-aşkar hiss olunur.

-Dissertasiya yazdırmaq: Bu hal artıq metastaz vəziyyətindədir. Uşaqlarını qəbul imtahanlarına hazırlaşdıran valideynlər ən yaxşı repetitor axtardıqları kimi, könlündən alimlik keçənlərin tam əksəriyyəti isə normal qiymətə problemsiz dissertasiya yazan axtarırlar. AMEA-nın Fəlsəfə İnstitutunda 10 il Seminar üzvü olmuşam. Müdafiəyə gələnlərin 99 faizi dissertasiyasını üzündən oxuya bilməyib.

Emin müəllimin yuxarıdakı fikrini bir qədər metaforalaşdırsaq deyə bilərik ki, Ali Attestasiya Komissiyası alimlərin deyil, elmi dərəcəlilərin sayını artırır. Təəssüflər olsun ki, E. Əmrullayev Famil Front oğlu Mustafayevlə bu mövzunu müzakirə edə bilmir.

Ən əsası-Dövlət elmin bütün sahələrində aparılan tədqiqatlarla maraqlanmalıdır. Əhəmiyyətli tədqiqat istiqamətləri stimullaşdırılmalıdır. Elm və təhsil nazirliyinin nəzdində olan institutların birləşdirilməsi məsələsinə baxılmalıdır. Elm sahələri üzrə yeni paradiqmaların öyrənilməsi elm və təhsil gündəmimizi zəbt etməlidir.

Sual belə qoyulmalıdır: Biz hansı sahələrdə elmi - nəzəri tədqiqatlar apara bilərik? Alimlərimiz nə üçün Elmin popolyarlaşdırılmasına ögey münasibət bəsləyirlər? Bütün bunlar onu göstərir ki, mövcud durumumuz və potensialımız elə görünən kimidir.

P.S. Kaş ki, Emin Əmrullayevin də alimlik dərəcəsi olaydı. Onda məhsuldarlığın nə olduğunu gözəl bilərdi. İndi nə istəsə deyir, çünki heç bir məsuliyyət daşımır...

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Noyabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri