Icma.az
close
up
RU
Elmi praktiki konfrans: Müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır

Elmi praktiki konfrans: Müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuz, 8 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Tovuz şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən elmi-praktiki konfrans keçirilib. Konfransda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Tədbirdə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətləri zaman keçdikcə daha aydın görünür. Belə ki, dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti sayəsində 1993-2003-cü illərdə Azərbaycanda möhkəm dövlətçilik quruldu, ölkəmizin inkişaf strategiyası müəyyən olundu. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə indi müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü.

Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, ərazi bütövlüyümüzü tam təmin edib. Bu qürur bütün Azərbaycan xalqının qürurudur. Buna görə Azərbaycan xalqı öz Liderinə minnətdardır.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri