Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Elmir Əkbər: Dörd yaşında uşaq cinsi akt barədə şüurlu anlayışa malik ola bilməz

Elmir Əkbər: Dörd yaşında uşaq cinsi akt barədə şüurlu anlayışa malik ola bilməz

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dörd yaşlı bir uşağın cinsi xarakterli hadisədə günahkar kimi təqdim edilməsi isə ayrıca ciddi araşdırma tələb edir



Son zamanlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarında ciddi artım müşahidə olunur. Sosial şəbəkələrdə yayılan görüntülər və cəmiyyətin bu görüntülərə verdiyi reaksiyalar vəziyyətin nə qədər narahatedici olduğunu göstərir. Xüsusilə dörd yaşlı uşağa qarşı yazılan rəy və şərhlər insanı dəhşətə gətirir. Azyaşlı uşaqları günahlandıran, zorakını müdafiə edən ifadələr adi hala çevrilib. Bu isə cəmiyyətin bəzi təbəqələrində təhlükəli düşüncə tərzinin kök saldığını nümayiş etdirir. Artıq vəziyyət sadəcə fərdi hadisələr səviyyəsində deyil, ciddi sosial və psixoloji problem kimi dəyərləndirilməlidir.



Psixoloq Elmir Əkbər “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bu tip problemlərin əsas səbəbi insanlar reallığın, obyektiv həqiqətin üzünə baxmaq istəməməsindən ibarətdir:

“Cəmiyyətin böyük bir qismi həqiqəti eşitməkdən çəkinir. Məsələn, televiziya efirlərində və digər ictimai platformalarda bu və bunun kimi sosial problemlərin səbəbləri və kökləri barədə danışıldıqda tez-tez qeyd olunur ki, tamaşaçılar bu cür həqiqətləri qəbul etmək istəmirlər. Həqiqəti söyləmək əhalinin əksəriyyətinin xoşuna gəlmir. Əslində baş verən bir çox neqativ halların qarşısını alacaq və gələcəkdə profilaktik təsir göstərə biləcək əsas subyekt valideynlərdir. Lakin təəssüf ki, bu məsuliyyəti çox zaman öz üzərlərinə götürmürlər. Məsələn, qız övladlarının evdən qaçması hallarının səbəbi kimi valideynin ona kifayət qədər zaman ayırmaması və psixoloji durumuna diqqət yetirməməsi göstərildikdə, valideyn buna qarşı emosional reaksiya verir və adının hallanmasından narahat olur. Eyni hal yeniyetmələrin və abituriyentlərin intihar hallarında da müşahidə olunur. Soruşulduqda ki, niyə valideyn övladını vaxtında psixoloji yardıma yönəltməyib, buna da eyni aqressiv münasibət sərgilənir. Narkomaniya, qumar asılılığı, alkoqolizm, radikal dini sektalara qoşulma və digər bu qəbildən olan sosial sapmaların səbəbləri müzakirə olunduqda da valideynlər ittihamı qəbul etmək istəmirlər. Nəticədə, bu problemlər Azərbaycanda sistemli şəkildə həll edilmir və baş verən faktlar cəmiyyətin xəbərdar olduğundan dəfələrlə çoxdur. Baş verənlər sadəcə buzdağının görünən hissəsidir. Yəni təsadüfən lentə alınan və yayılan hallardır. Reallıqda isə bu tip hadisələrin əksəriyyəti nə çəkilir, nə də ictimailəşdirilir. Bu səbəbdən tam əminliklə demək olar ki, problemin miqyası çox daha geniş və daha ağırdır. Dörd yaşlı bir uşağın cinsi xarakterli hadisədə günahkar kimi təqdim edilməsi isə ayrıca ciddi araşdırma tələb edir. Belə bir hadisəni uşağın təqsiri kimi təqdim edən şəxsləri hüquq-mühafizə orqanları araşdırmalı və məsuliyyətə cəlb etməlidir. Çünki həmin şəxslər də həmin cani ilə eyni düşüncə və davranış kodlarına sahib ola bilərlər. Bioloji və psixoloji baxımdan dörd yaşında bir uşaq cinsəllik və cinsi akt barədə şüurlu anlayışa malik ola bilməz. Bu yaş dövründə uşağın davranışı, sadəcə, təlim və təqlid nəticəsində formalaşmış reaksiyalardır. Belə hallar göstərir ki, bu uşaqla uzun müddət ərzində davam edən travmatik bir proses yaşanmış və nəticədə həmin uşaqda davranış vərdişi formalaşdırılmışdır”.


Psixoloqun sözlərinə görə Freydin və Yunqun nəzəriyyələrində cinsəllik fərqli aspektlərdə izah olunur, lakin dörd yaşlı uşaqda ənənəvi anlamda cinsi davranışdan söhbət gedə bilməz:

“Bu hal açıq şəkildə göstərir ki, proses uzun müddət davam etmiş və uşaqda sistematik zorakılıq nəticəsində müəyyən davranış modelləri şərtləndirilmişdir. Bu təkcə bir uşağın faciəsi deyil ehtimal etmək olar ki, həmin şəxs digər uşaqlara qarşı da eyni cinayətləri törədib və ətrafda bu cür çox sayda cinayətkar ola bilər. Bütün bu problemlərin əsas səbəblərindən biri, valideynlərin uşaqlarının psixi inkişafına kifayət qədər diqqət ayırmaması, onları psixoloji baxımdan sağlam şəkildə yetişdirməməsi və onlarla düzgün psixoloji münasibətlər qura bilməməsidir. Uşaqların yaşadıqları travmatik hadisələr göstərir ki, valideyn-övlad münasibətləri ya zəifdir, ya da ümumiyyətlə yoxdur. Hadisələrin ailədə bu qədər uzun müddət gizli qalması, valideynin xəbərsiz olması, bu əlaqənin nə dərəcədə problemli olduğunun sübutudur.

Digər tərəfdən, müvafiq dövlət qurumları da bu sahədə sistemli iş aparmalıdır. Problemlərin həlli kampaniya xarakterli deyil, davamlı və strukturlaşdırılmış şəkildə həyata keçirilməlidir. Bugünkü cəmiyyətdə psixoloji xidmətlər ya zəif inkişaf edib, ya da ümumiyyətlə mövcud deyil. Sosial şəbəkələrdə və real həyatda özünü psixoloq kimi təqdim edən bir çox şəxslər əslində qeyri-peşəkar, savadsız və əxlaq normalarından uzaq insanlardır. Təəssüf ki, cəmiyyətin böyük hissəsi bu şəxsləri psixoloq və psixoterapevt kimi qəbul edir. Dövlət səviyyəsində bu məsələyə ciddi nəzarət olunmalı, peşəkar və lisenziyalı psixoloji xidmətlər qurulmalıdır. Bağçalarda, məktəblərdə dövlət tərəfindən təşkil olunmuş psixoloji xidmətlər fəaliyyət göstərməli, əgər ailədə valideyn öz funksiyasını yerinə yetirmirsə, psixoloq bu vəziyyəti vaxtında aşkarlayıb müdaxilə edə bilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri