Icma.az
close
up
RU
Elnarə Akimovanın təşəbbüsü ilə şəhid Kənan Əhmədovun cənnətdəki mövludu qeyd olunub Yeni Gündəm

Elnarə Akimovanın təşəbbüsü ilə şəhid Kənan Əhmədovun cənnətdəki mövludu qeyd olunub Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Elnarə Akimovanın təşəbbüsü ilə şəhid Kənan Əhmədovun cənnətdəki mövludu geniş şəkildə qeyd olunub.

“Yeni Gundem” xəbər verir ki, deputat 15 fevralda Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Klubunun və 6 saylı Folklor Klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi Əhmədov Kənan Ləzgi oğlunun 30 illik yubileyinə həsr olunmuş “Zirvədə bitən ömür” adlı tədbir keçirilib. Öncə Vətən uğrunda canından keşmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açıb, şəhid Kənan Əhmədovun ömür və döyüş yolundan danışıb. Sonra söz millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimovaya verilib. Elnarə xanım deputat seçkiləri ərəfəsində şəhidin anasını ziyarət etdiyini və onun qayğıları ilə maraqlandığını qeyd edib və ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində olan diqqət və qayğıdan danışıb. Sumqayıt şəhət İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, qazi Zaur Süleymanlı tədbir iştirakçılarını icra hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını yetirib və şəhidlərimizin müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb. Azərbaycan Yazıçılar Birlyi Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, AYB-nin üzvü şair Hikmət Fərzəli şəhidlərimizə həsr etdikləri şeirlərini oxuyublar. Şəhid Kənan Əhmədovun anası Narifə Əhmədova və dayısı Ramiz Əhmədov şəhidin həyat yolundan söhbət açıblar və tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər. Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti Tural Məsimov, müğənni-bəstəkar Arif Səlimov və Fidan Mikayılovanın ifalarında qəhrəmanlıq mövzusunda mahnılar səsləndirilib. 35 nömrəli orta məktəbin müəllimi Nigar Vəliyevanın aparıcılığı ilə davam edən tədbir həmin məktəbin şagirdlərinin andiçmə kompoziyası ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 17 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri