Icma.az
close
up
RU
Elnur Eltürk: Azərbaycan TDT ilə bağlı praqmatik və real siyasi xətt yürüdür

Elnur Eltürk: Azərbaycan TDT ilə bağlı praqmatik və real siyasi xətt yürüdür

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib”. Bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.  Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan da danışıb.

Dövlət başçısı bununla bağlı deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.  Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.


Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk “Sherg.az”a söyləyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan qardaş ölkələrlə istər strateji, istərsə də siyasi-iqtisadi, sosial istiqamətdə əlaqələri inkişaf etdirir:


“Ortaq hərbi təlimlərin keçirildiyini görürük və bu onu göstərir ki, rəsmi Bakı proseslərin sürətləndirilməsini istəyir. Bu gün Azərbaycan TDT ilə bağlı praqmatik və real siyasi xətt yürüdür. Bu isə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə gətirib çıxarır.Həmçinin Azərbaycan Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsində birbaşa rol oynayır. Rəsmi Bakı qarşılıqlı əlaqələrin inkişafı, iş adamları arasında işgüzar görüşlərin keçirilməsinin intensivləşməsində birbaşa maraq göstərir. Şübhəsiz ki, bunların reallaşdıran siyasi iradə də var.  Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının güclənməsində bilavasitə maraqlıdır. Prezident İlham Əliyev bu ilin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində  beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımların atılacağını, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdiriləcəyini, TDT-nın bizim üçün əsas beynəlxalq təşkilat olduğunu bəyan etməsi, Azərbaycanın gələcək strateji hədəflərindən xəbər verdiyini göstərdi. Bu Azərbaycanın yaranan tarixi və geosiyasi şəraiti düzgün dəyərləndirdiyini göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri