Icma.az
close
up
RU
“Elxan Məmmədovun əhval ruhiyyəsi yaxşı olanda bizə pul verirdi” Ramin Musayev

“Elxan Məmmədovun əhval ruhiyyəsi yaxşı olanda bizə pul verirdi” Ramin Musayev

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ayın sonu gələndə mən qanıqara halda gəzərdim. Çünki AFFA-nın işçiləri maaşları alıb-xərcləyiblər, amma PFL hələ maaş almayıb. Niyə? Elxan müəllimin əhval-ruhiyyəsi nə vaxt yaxşı olacaqsa, hesabımıza pul köçürər, biz də camaatın maaşını verərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Sportnet.az-a müsahibəsində Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev deyib. 

O, PFL-də olan dəyişikliklər barədə danışıb: “Bu gün PFL-də elə deyil. Çox sevinirəm ki, artıqlaması ilə büdcəsi, imkanı var, artıq müstəqil hərəkət edə, öz işini görə bilir. Biz Avropa Peşəkar Futbol Liqalarının (EPFL) üzvü olmuşduq. Rövnəq Abdullayevdən nə qədər xahiş etsəm də, Elxan Məmmədov qoymadı ki, üzvlük haqqını ödəyək. Hətta EPFL rəhbərliyi Bakıya gəlmişdi. Amma bu gün ödəyirlər”.

R.Musayev Samir Abasovun “Neftçi”nin baş məşqçi postundan istefa verməsinə də münasibət bildirib: “Samir getməklə, nə isə dəyişəcəkmi? Kimi gətirsələr də, heç biri nəticə verməyəcək. Ona görə ki, bir klubu idarə edən bir nəfər olar. Amma əfsuslar olsun ki, "Neftçi" kimi köklü komandanı idarə edən insanların sayı çoxdur. Bu isə fikir ayrılığına səbəb olur və nəticədə heç nə əldə etmək olmur. Yaxşı olardı ki, "Neftçi"ni bir nəfərə həvalə etsinlər və ondan tələb etsinlər. Yoxsa orada 4 nəfər oturub, komandanı düşünən isə 1-2 nəfər olar, ya olmaz. Gətirib qoyduqları menecer komandaya heç nə verə bilməz. Yalnız oyunçu tapıb gətirə bilər. Amma baş məşqçiyə səlahiyyət verilməli, sonra isə nəticə tələb olunmalıdır. Yoxsa digər klublardakı kimi, rəhbər dedi "filankəsi oynat", "filankəsi götür", belə şeylər olmaz. Kimi gətirsən, o şərtlərin qarşısında heç nə edə bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see180

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see168

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see140

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri