Elza Seyidcahanın bacısı bu məşhurdan ÜZR İSTƏDİ
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Əməkdar artist Elza Seyidcahanın bacısı ilə bağlı diqqətçəkən hadisə yaşanıb.
Milli.Az xəbər verir ki, bəstəkarın müğənni bacısı Rasimə Seyidcahan məşhur bəstəkar Nadir Əzimovdan üzr istəyib. Buna səbəb onun bəstəkarın "Ana can yola sal" adlı əsərini ifa edərkən müəllifin adını qeyd etməməsi olub.
Məlumata görə, bu məsələ səbəbindən Rasimə məhkəməyə verilib. Yaşanan narazılıqdan sonra ifaçı bacısı Elza Seyidcahanın tövsiyəsi ilə qatıldığı televiziya proqramında açıqlama verərək üzr istəyib.
O, çıxışında müəllif hüquqlarına hörmətlə yanaşdığını bildirib və yaranan anlaşılmazlığa görə təəssüf etdiyini dilə gətirib.
Hadisə sosial şəbəkələrdə də müzakirə doğurub. İzləyicilərin bir qismi müəllif adının qeyd olunmasının vacibliyini vurğulasa da, digərləri məsələnin böyüdülməsini düzgün hesab etməyib.
Musa
Milli.Az
Baxış sayı:95
Bu xəbər 20 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















