Icma.az
close
up
RU
Əmanətlərin Sığortalanması Fondu məzuniyyət məsələsinə görə məhkəməyə verildi: hakim şikayətçini haqlı hesab etdi

Əmanətlərin Sığortalanması Fondu məzuniyyət məsələsinə görə məhkəməyə verildi: hakim şikayətçini haqlı hesab etdi

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İki il əvvəl lisenziyası ləğv olunmuş “Muğanbank”ın işçisi Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib. Şikayətçi bildirir ki, ona məzuniyyət pulu ödənilməyib. “Muğanbank”ın lisenziyası ləğv ediləndən sonra məhkəmənin qərarı ilə Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin olunub. Bu səbəbdən bankın keçmiş əməkdaşı da məzuniyyət pulunu Fonddan tələb edir.

Bizimyol.info xəbər verir ki, şikayətçi 2015-2023-cü illərdə bankın Nəsimi filialında xəzinədar işləyib. 2023-cü ildə bankın lisenziyasının ləğvindən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasında onun da əmək müqaviləsinə xitam verilib. O, məhkəməyə təqdim etdiyi iddia ərizəsində 57 məzuniyyət gününə görə 1356 manat tələb etsə də, sonradan tələbini dəyişib. O bildirib ki, ödəniş olunmalı məzuniyyət günlərinin sayı 43 gündür. Onun sözlərinə görə, məzuniyyət pulunun alınması üçün bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və s. qurumlara şikayət edib. Lakin heç bir xeyri olmayıb.

Məhkəmədə həm Əmanətlərin Sığortalanması Fondu, həm də “Muğanbank” ASC cavabdeh qismində tanınıb. Fondun məhkəməyə ərizə göndərərək, iş üzrə icraata xitam verilməsini xahiş edib. Digər cavabdehin nümayəndəsi isə iddianın təmin olunmamasını istəyib.

Hakim şikayətçinin göstərdiyi xüsusatların müəyyəm olunması üçün ekspertiza təyin edib. Ekspertiza istifadə olunmamış 43 gün əmək məzuniyyətinə görə 921 manat hesablayıb. Məhkəmə hesab edib ki, ekspertin rəyi sübut kimi götürülməlidir və 921 manat şikayətçiyə ödənilməlidir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri