Əmək hüquqlarının pozulması ilə bağlı 3 şirkət 20 min manat cərimələnib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam edir.
Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və “DOSTLAR” MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.
Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və “DOSTLAR” MMC 20 min, “Miral” MMC isə 22 min manat məbləğində inzibati cərimə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Mart 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















