Əmək müqavilələri nə qədər artıb? Nazir 50, nazirlik 26% deyir
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayaq” mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək müqavilələrinin sayının 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artaraq 2024-cü ilin dekabr ayının 1-nə 1 milyon 884 min 109 vahidə çatdığını açıqlayıb.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumat ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqladığı məlumat arasında ciddi fərq var.
Vergi Xidmətinin açıqladığı məlumatdan belə görünür ki, son 6 ildə əmək müqavilələrinin sayı 25,6% artıb.
Elnur Əli
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Bu il əmək müqavilələri 4 faiz artıb
28 Dekabr 2024 14:58
Nazir: Dövlət büdcəsinin xərcləri 50% artıb
19 Noyabr 2024 15:31
Dövlət büdcəsinin xərcləri 50% artıb Nazir
19 Noyabr 2024 14:33
Sahil Babayev: “Azərbaycanda əmək müqavilələrinin sayı 50 % artıb”
16 Dekabr 2024 14:50
Əmək müqavilələri ilə bağlı MÜHÜM AÇIQLAMA
19 Dekabr 2024 11:21

