Əməkdar artistin Sənət Akademiyası Türkiyə şirkəti ilə əməkdaşlığa başlayır
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Bu gün Sənət Akademiyasında əlamətdar görüş baş tutub.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin məşhur "Raks Muzik” şirkətinin rəhbəri, sənət və musiqi sahəsində böyük təcrübəyə malik Serhan Ayhan bəy və əməkdar jurnalist, professor Etibar Babayev tələbələrimizlə görüş keçirib.
Bu günkü görüşdə yeni istedadların üzə çıxarılması, onların Türkiyə və Avropa ölkələrində tanıdılması istiqamətində maraqlı təkliflər səsləndirildi. Birgə fəaliyyətə dair faydalı fikirlər bölüşüldü və gələcək əməkdaşlığımızla bağlı ilkin razılıqlar əldə olundu.
Qeyd edək ki, Serhan Ayhan Azərbaycanın musiqi sənətinin Türkiyədə tanıdılması və təbliğində əhəmiyyətli xidmətləri olan şəxsdir. Zamanında Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış "Bakı Raks” — Azərbaycan-Türkiyə birgə şirkəti çərçivəsində Azərbaycanın bir çox görkəmli bəstəkar və ifaçılarının musiqi albomları (kaset formasında) hazırlanaraq Türkiyədə geniş yayılmışdı. Bu albomlar arasında Fikrət Əmirov, Rəşid Behbudov, Qara Qarayev kimi sənətkarların əsərləri də yer almışdı.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 İyul 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















