Cəmil Quliyev sədr, onlar isə üzv oldu
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin Əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.
Eyni zamanda, nazirin müvafiq əmrləri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov, həmçinin Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov ARKA-nın Müşahidə Şurasına üzv təyin ediliblər.
Qeyd edək ki, C. Quliyev 2019-2020-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















