Əməkdar məşqçi: “Üzgüçülük fərdi idman növüdür, su polosu isə komanda oyunudur” MÜSAHİBƏ
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Su polosu dözümlülük, taktika və komanda işini özündə birləşdirən ən çətin və ən baxımlı idman növlərindən biridir. Üzgüçülük üzrə Azərbaycanın Əməkdar məşqçisi Azər Babayev bu idman növünə hansı yaşda başlamağın daha məqsədəuyğun olduğu, su polosunun niyə ən ağır idman növlərindən biri sayıldığı və uşağın formalaşmasında hansı rolu oynadığı barədə danışıb.
Azər Babayevin su polosu haqqında innews.az-a ətraflı danışdığı müsahibəsini təqdim edirik.
- Azər bəy, uşaqlar su polosu ilə neçə yaşdan məşğul olmağa başlamalıdırlar?
- Su polosu ilə məşğul olmağa başlamaq üçün optimal yaş 9-10 yaş hesab olunur. Bunun əsas səbəbi odur ki, uşaq ilk növbədə yaxşı üzməyi bacarmalıdır. Adətən uşaqlar 5-6-7 yaşlarında üzməyə başlayırlar. 8 yaşa çatdıqda isə fiziki cəhətdən möhkəmlənir, əsas bacarıqları mənimsəyirlər və bundan sonra su polosuna keçmək mümkündür.
- Bu idman növündə uşağın fiziki hazırlığı və sağlamlığı nə dərəcədə vacibdir?
- Sağlamlıq əsas rol oynayır. Uşaq mütləq yaxşı üzməyi bacarmalı, suda özünü inamla saxlamalı və güclü fiziki hazırlığa malik olmalıdır.
Su polosu dörd hissədən ibarət olan bir oyundur və bu hissələrin hər biri ərzində idmançı daim hərəkətdə olur: çiyinlərlə işləyir, manevr edir, mövqe uğrunda mübarizə aparır və komanda yoldaşları ilə qarşılıqlı əlaqədə olur. Buna görə də nəfəs məşqləri və dözümlülük məşq prosesinin ayrılmaz hissəsidir.
- Su polosu üzgüçülükdən nə ilə fərqlənir?
- Üzgüçülük fərdi idman növüdür, su polosu isə komanda idmanıdır. Burada yalnız fiziki göstəricilər deyil, həm də kollektivdə işləmək bacarığı önəmlidir.
Statistikaya görə, ən ağır idman növü xokkeydir, su polosu isə ikinci yerdədir. Yeni başlayan uşaqlar üçün ən çətin məqamlardan biri suda dayaq (su üzərində dayanma) bacarığıdır. Bu asan deyil, lakin müntəzəm məşqlərlə zamanla formalaşır.
- Su polosunda psixoloji hazırlıq və komanda ruhu nə qədər önəmlidir?
- Psixoloji hazırlıq fiziki hazırlıq qədər vacibdir. Uşaq komanda şəklində işləməyə hazır olmalıdır. Su polosunda əsl dostluq formalaşır.
Əgər oyunçular arasında qarşılıqlı anlaşma yoxdursa, bu idman növündə qalmaq və yüksək nəticələr əldə etmək çox çətin olur. Komanda — vahid bir orqanizmdir.
- Bu gün Azərbaycanda su polosunun inkişafını necə qiymətləndirirsiniz?
- Sovet dövründə Azərbaycan su polosu çox yüksək səviyyədə idi. Komandalarımız ümumittifaq və beynəlxalq yarışlarda ön sıralarda yer alırdı.
Bu gün isə biz yeni inkişaf mərhələsinə qədəm qoymuşuq. 9–10–11 yaşlı uşaqlarla aktiv şəkildə məşğul olmağa başlamışıq, məşqlərimiz Su İdmanı Sarayında keçirilir. Əminik ki, məşqçilərimizin və Azərbaycan Üzgüçülük Federasiyasının səyi ilə 4–5 il ərzində güclü və rəqabətqabiliyyətli komandalar formalaşdıra biləcəyik.
- Valideynlərə nə tövsiyə edərdiniz?
- Bütün valideynlərə səmimi şəkildə tövsiyə edirəm ki, övladlarını su polosu ilə məşğul olmağa yönəltsinlər. Bu idman növü uşaqda:
möhkəm sağlamlıq güclü immunitet düzgün bədən quruluşu intizam və məsuliyyət komanda ilə işləmək bacarığı güclü xarakter və ruh formalaşdırır.Su polosu yalnız idmançı deyil, həyatda uğur qazanan, sağlam və dəyərli insan yetişdirir.
Baxış sayı:31
Bu xəbər 13 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















