Emin Ağalarov Sea Breeze akvaparkında baş vermiş hadisəyə münasibət bildirib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Sea Breeze"in sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov akvaparkda uşağın ölümü ilə nəticələnən faciəvi insidentə münasibət bildirib.
SİA xəbər verir ki, E.Ağalarov sosial şəbəkə hesabında bu insidentlə bağlı açıqlama yayıb.
"Sea Breeze"dəki akvaparkın ərazisində baş vermiş faciəvi hadisə nəticəsində uşaq həlak olub.
"Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.
Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır.
Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.
Uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik", - paylaşımda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 15 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















