Icma.az
close
up
RU
Emin Əmrullayev ADPU CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib

Emin Əmrullayev ADPU CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları iştirak ediblər.


Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində 83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi məzun sayı 120 nəfərə çatır. Rektor məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd edib ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir.

Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında proqramın dövlət təhsil siyasətindəki yerini xüsusi qeyd edib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir və bu proqramlarının artıq ciddi müsbət təsirləri müşahidə olunur. Bu proqramlardan mindən çox şəxs artıq məzun olub və onlar həm şəxsi inkişaf, həm də ölkənin gələcəyi üçün ciddi töhfə vermək imkanı qazanıblar.

Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirib ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni “qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası çərçivəsində görülən işlərin bariz nümunəsidir. Nazir məzunların iki müxtəlif təhsil sisteminin bilik və təcrübəsini birləşdirərək müasir idarəetmə və tədris modellərinin yerli təhsil sistemində tətbiqinə töhfə verəcəklərini bildirib.

Sonda təhsil siyasəti və idarəetməsi üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023-2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunub.


Rəsmi mərasim ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.


Xatırladaq ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri