Emin Əmrullayev: İşğaldan azad olunmuş ərazilərdə bu il yeni məktəblər istifadəyə veriləcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xankəndi, 2 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağ Universiteti birinci tədris ilini uğurla başa vurur və ikinci tədris ilinə hazırlıqlar davam edir. Növbəti tədris ilində Qarabağ Universitetinə daha çox tələbə qəbulu gözlənilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib.
Özəl sektorla əməkdaşlığın əhəmiyyətini vurğulayan nazir deyib: “Forumda aparıcı özəl müəssisələrlə tələbə təqaüdləri ilə bağlı razılaşmalar əldə olundu. Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur və bu rəqəmin artacağı gözlənilir. İnanırıq ki, bu əməkdaşlıq yalnız təqaüdlərdə deyil, gələcəkdə tədris proqramlarının məzmunu, məzunların məşğulluğu, ayrı-ayrı təcrübə proqramlarında da davam edəcək”.
Nazir müavini işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin tikintisindən də bəhs edib. “İşğaldan azad olunmuş ərazilərdə bu il yeni məktəblər istifadəyə veriləcək. Hazırda 20-dən artıq təhsil müəssisəsi var və növbəti tədris ilində bu say 40-ı ötə bilər. İşğaldan azad olunmuş ərazilərdə 2200-ə yaxın şagird təhsil alır. Bu rəqəm hər gün artır”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















